Millimiz Lüksemburq yığmasına məğlub olub

42

 

Sentyabrın 1-də futbol üzrə Azərbaycan millisi millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən bu oyuna yığmamız uğursuz start verib və erkən qola üzülüb. Belə ki, matçın 8-ci dəqiqəsində lüksemburqlu futbolçu Mika Pinto hesabı açıb. İyirmi dəqiqə sonra millimizin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Jerson Rodriges komandasını hesabda önə çıxarıb və ilk hissə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə millimiz fəal başlayıb və hesab arasındakı fərqi azaltmağa nail olub. Matçın 67-ci dəqiqəsində Emin Mahmudov baxımlı qola imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan Lüksemburq komandası qrupda üçüncü pillədə qərarlaşıb. Azərbaycan komandasının isə xalı yoxdur.

 

1 Portuqaliya 4 3 1 0 8 4 +4 10
2 Serbiya 3 2 1 0 7 5 +2 7
3 Lüksemburq 3 2 0 1 4 4 0 6
4 İrlandiya 3 0 0 3 3 6 -3 0
5 Azərbaycan 3 0 0 3 2 5 -3 0