Millimiz Çexiyadan da xal aldı

328

Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulur. Azərbaycan millisi də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönüb.

Milli komandamız seçmə mərhələdə keçirdiyi üçüncü görüşdə də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

Çexiya – Azərbaycan – 0:0

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Mestiski” stadionu

Çexiya: 1. Tomaş Vaçlik (q), 3. Lukaş Droppa, 4. Teodor Cebre Selasie, 5. Yakub Brabek, 6. Tomas Sivok (k), 9. Borek Dokal, 10. Yiri Skalak, 14. Vaçlav Kadleç, 15. Yan Sikora, 19. Ladislav Kreyçi, 22. Patrik Şik

Ehtiyat oyunçular: 16. Tomas Kubek (q), 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 7. Yaromil Jmral, 8. Filip Novak, 11. Milan Petrjela, 17. Marek Suşi, 18. Tomas Hofava, 20. Matey Vidra, 21. Milan Şkoda

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev, 21. Arif Daşdəmirov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 18. Ağabala Ramazanov, 22. Tərlan Quliyev

1. Almaniya 3 3 0 0 8:0 9
2. Azərbaycan 3 2 1 0 2:0 7
3. Şimali İrlandiya 3 1 1 1 4:2 4
4. Norveç 3 1 0 2 4:5 3
5. Çexiya 3 0 2 1 0:3 2
6. San Marino 3 0 0 3 1:9 0