Millimiz 4-cü oyunda da meydanı xalsız tərk etdi

466

2016-cı Avropa çempionatının seçmə mərhələsində növbəti turuna start verilib. Dünən A, B və H qruplarında keçirilən oyunlarla 4-cü turun oyunlarına yekun vuruldu. H qrupunda mübarizə aparan Milli komandamız  dünən Bakı vaxtı saat 21:00 da “Bakcell Arena”da Norveç yığmasını qəbul edib. Bu oyuna kimi keçirdiyi 3 oyunda 2 qələbə qazanan və 1 oyunda məğlub olan Norveçin aktivində 6 xal var idi. Millimiz isə 3 oyundan sonra xala həsrət idi. Bu oyun Mahmud Qurbanovun milli komandanın sükanı arxasındakı ilk oyun idi.

Azərbaycan — Norveç 0:1

Baş hakim: Yevgeni Aranovski

Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Şlonçak

Dördüncü hakim: Sergey Bekker

Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abduıla (hamısı Ukrayna)

Hakim-inspektor: Zoran Petroviç (Serbiya)

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)

Bakı. “Bakcell Arena” stadionu

AZƏRBAYCAN: 23. Səlahət Ağayev, 4. Mahir Şükürov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 21. Elvin Yunuszadə, 10. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Cavid İmamverdiyev,  7. Vaqif Cavadov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Emil Balayev, 2. Qara Qarayev, 6. Bədavi Hüseynov, 18. Məhəmməd Mirzəbəyov, 22. Tərlan Quliyev, 3. Rasim Ramaldanov, 8. Mirhüseyn Seyidov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov.

Baş məşqçi: Mahmud Qurbanov

NORVEÇ: 12. Oryan Haskyold Niland, 2. Tom Hoqli, 14. Omar Elabdellaui, 21. Veqard Forren, 5. Aleksander Tettev, 6. Havard Nortveyt, 8. Stefan Yohansen, 15. Per Kiljan Skyelbred (k), 20. Mats Möller Deli, 10. Tarik Elyunussi, 18. Havard Nielsen

Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Sten Qraytebust, 3. Steffen Haqen, 4. Tore Reqiniussen, 16. Per Egil Flo, 17. Martin Linnes, 7. Harmeet Sinqh, 9. Martin Edeqor, 13. Yon Samuelson, 23. Anders Konradsen, 11. Aleksandr Soderlund, 19. Fredrik Qulbrandsen

Baş məşqçi: Per-Matias Hoqmo

Oyuna hər iki komanda ehtiyatlı başladı. İlk 5 dəqiqə ərzində qapılar qarşısında ciddi bir hücum qeydə alınmadı. Amma tədricən milli komandamız meydanın rəqibə aid olan hissəsində oynamağa başladılar. 7-ci dəqiqədə milli kmandamız ilk künc zərbəsini vurmaq hüququ qazandı. Lakin bu künc zərbəsi ilə rəqib qapı qarşısında təhlükə yarada bilmədik. Oyunun 12-ci dəqiqəsində Rauf Əliyev diqqət mərkəzinə düşdü. Onun sağ cinahdan vurduğu zərbə rəqib müdafiəçisinə tuş gəldi. Matçın 15-ci dəqiqəsində Norveç komandasının 10 nömrəli futbolçusu, Tarık Elyunussi hakimi aldatmağa cəhd elədiyinə görə sarı kartla cəzalandırıldı. 20-ci dəqiqədə Norveç komandası qapımız qarşısında ilk təhlükəli vəziyyəti yaratdı. Qapıçımız Səlahət Ağayevin səhvindən sonra rəqib futbolçu topu qapımızdan keçirə bilərdi. Bu hücumdan sonra Norveçlilər daha da böyük qüvvə ilə irəli atıldılar. Oyunun 24-cü dəqiqəsində Norveçli futbolçunun qapı qarşısına paralel ötürməsi kifayət qədər təhlükəli alındı. Son anda milli komandanın futbolçuları topu uzaqlaşdıra bildilər. Hücumun davamında Norveç futbolçuları künc zərbəsindən topu qapı qarşısına göndərdilər. Mahir Şükürovun mövqe səhvindən sonra 6 nömrəli oyunçu Nortveyt dəqiq baş zərbəsi ilə hesabı açdı. Qoldan sonra da Norveç futbolçuları hücumlara davam edirdilər. Oyunun 27-ci dəqiqəsində Səlahət Ağayevin qapıdan irəlidə olduğunu görən Norveçli futbolçu topu bir başa qapıya göndərmək istədi. Lakin onun zərbəsi qeyri-dəqiq alındı. Oyunun 29-cu dəqiqəsində bu dəfə Elvin Yunuszadə kobud səhvlə yadda qaldı. Amma Norveçli hücumçunun zərbəsini qapıçımız tutdu. Yarım saatın tamamında milli komandamız yenidən oyunda üstünlüyü ələ almağa başladı. Oyunun 32-ci dəqiqəsində futbolçularımız Rauf Əliyevlə, Araz Abdullayev sağ cinahdan yaxşı hücum qurdular. Lakin son anda futbolçularımız bir-birlərini başa düşə bilmədilər. Milli komandanın ardıcıl cəhdlərindən sonra, oyunun 34-cü dəqiqəsində ilk künc zərbəsini vurmaq hüququnu qazandıq. Lakin bu künc zərbəsindən sonra rəqib qapı qarşısında ciddi təhlükə yarada bilmədik. 35-ci dəqiqədə oyunun yaxşılarından olan Mahir Şükürov gözəl ötürməylə diqqət mərkəzinə düşdü. Onun qapı qarşısına ötürdüyü top, Cavid İmamverdiyev üçün sürətli oldu.  Bu komandamızın oyun ərzində qurduğu ən təhlükəli hücum oldu. 37-ci dəqiqədə Norveç komandasının hücumçusu , gözəl qurulan hücumdan sonra qapıçımızla təkbətək çıxdı. Lakin yan hakim oyundan kənar vəziyyət qeydə aldı.40-cı dəqiqədə Norveç komandasının heyətində kifayət qədər yaxşı oyun keçirən 20 nömrəli oyunçu Mats Deli diqqət mərkəzinə düşdü. Onun sol cinahdan vurduğu top qapıdan azacıq aralı keçdi. İlk hissədə başqa maraqlı hadisə olmadı və ilk hissə 0-1 hesabı ilə başa çatdı.

İkinci hissədə hər iki komanda eyni heyətlə meydana çıxdı. Milli komandamız ikinci hissəyə də daha fəal başlayan tərəf oldu. Oyunun 47-ci dəqiqəsində Ruslan  Abışovun uzaq məsafədən vurduğu top qapının azacıq üstündən keçdi. Oyunun ən yaxşısı olan Mats Deli 51-ci dəqiqədə sol cinahdan sürətli keçidlə yadda qaldı. Mats Deli millimizin 3 futbolçusunu aldada bildi. Onun ötürməsindən sonra qapıçımız təhlükənin böyüməsinə imkan vermədi. Oyunun 53-cü dəqiqəsində qonaqlar hesab fərqini artıra bilərdilər. Lakin ilk epizodda qapıçımız, daha sonra isə Maksim Medvedev topu uzaqlaşdıra bildi. Oyunun 55-ci dəqiqəsində Mats Deli yenidən sağ cinadan sürətli keçidlə iki futbolçumuzu geridə qoydu. Mahir Şükürovun  son anda hücumun qarşısını kəsə bildi. 57-ci dəqiqədə qonaqların heyətində ilk əvəzetmə gerçəkləşdi. Oyuna Samuelson daxil oldu. 59-cu dəqiqə də milli komandamız təhlükəli mövqedən cərimə zərbəsi vurmaq hüququ qazandı. Lakin futbolçularımız qapı qarşısına dəqiq ötürmə edə bilmədilər. Oyunun 60-cı dəqiqəsində hücumçumuz Rauf Əliyev diqqət mərkəzinə düşdü. Rauf Əliyev iki müdafiəçinin əhatəsindən qapıya zərbə vursada,  azacıq qapıdan aralı keçdi. 61-ci dəqiqədə meydana yenicə daxil olan Samuelson sarı kartla cəzalandırıldı. 62-ci dəqiqədə Rauf Əliyev, Vaqif Cavadovun ötürməsinə yetişə bilmədi. 64-cü dəqiqədə millimizin heyətində ilk əvəzləmə baş verdi. Ruslan Abışovun yerinə oyuna Qara Qarayev daxil oldu. 73-cü dəqiqədə Rauf-Vaqif cütlüyü daha bir hücumla yadda qaldı. Raufun qapıya paralel ötürməsinə Vaqif toxuna bilmədi. Elə həmin dəqiqənin tamamında Norveçin heyətində daha bir futbolçu sarı kartla cazalandırıldı. 77-ci dəqiqədə Norveç millisi sağ cinahdan hücum qurmağa cəhd etsədə,  son anda Maksim Medvedev topu uzaqlaşdırdı. 78-ci dəqiqədə Rahid Əmirquliyev qapı istiqamətində zərbə ilə yadda qaldı. Bu zərbədən sonra top Norveçli müdafiəçinin əlinə toxundu. Milli komandanın futbolçuları bu epizodda penalti gözləsələrdə, ukraynalı hakim davam işarəsi verdi. Oyunun 83-cü dəqiqəsində qonaqların sol cinahdan qurduqları hücumdan sonra top qapıdan aralı keçdi. Oyunda başqa maraqlı hadisə baş vermədi və Norveç millisi 0-1 hesablı qələbəyə sevindi. Milli komandamız 4 oyundan sonra 0 xalla hələdə qurupun sonuncu pilləsindədir.

H qrupu

1 Xorvatiya          4              3              1              0              10-1       10

2 İtaliya                 4              3              1              0              6-2          10

3 Norveç              4              3              0              1              5-3          9

4 Bolqarıstan      4              1              1              2              2-3          4

5 Malta                 4              0              1              3              1-7          1

6 Azərbaycan     4              0              0              4              2-11       0

Azərbaycan-Norveç 0:1

(Nordveyt,25)

Bolqarıstan-Malta 1:1

(Manolev,6- Popov, 49)

İtaliya-Xorvatiya 1:1

(Kandreva,11-Perisic, 15)

A qrupu

1 Çexiya               4              4              0              0              10-5       12

2 İslandiya           4              3              0              1              9-2          9

3 Hollandiya        4              2              0              2              10-5       6

4 Türkiyə              4              1              1              2              5-7          4

5 Latviya               4              0              2              2              1-10       2

6 Qazaxstan        4              0              1              3              4-10       1

Hollandiya-Latvia 6:0

(Van Persi,6; Robben,35,82; Huntelar,42,89;Bruma,78)

Çexiya-İslandiya 2:1

(Kaderabek,45; Halfredson,61 avtoqol- Skulason,9)

Türkiyə-Qazaxstan 3:1

(Burak,26,29; Serdar,83-Smakov,87)

B qrupu

1 İsrail                   3              3              0              0              9-2          9

2 Uels                    4              2              2              0              4-2          8

3 Kipr                     4              2              0              2              9-5          6

4 Belçika               3              1              2              0              7-1          5

5 Bosniya             4              0              2              2              2-6          2

6 Andorra            4              0              0              4              2-17       0

Belçika-Uels 0:0

Kipr-Andorra 5:0

(Merkis,10; Efrem,31,42,60; Kristofi,87)

İsrail-Bosniya 3:0

(Vetmut,36;Damari,45;Zahevi,70)

D qrupu

1  Polşa 4              3              1              0              15-2       10

2  İrlandiya          4              2              1              1              10-3       7

3  Almaniya         4              2              1              1              7-4          7

4  Şotlandiya       4              2              1              1              5-4          7

5  Gürcüstan       4              1              0              3              4-7          3

6  Cəbbəllütarik 4              0              0              4              0-21       0

14 noyabr 2014

Gürcüstan-Polşa 0:4

(Kamil,51;Krickovak,71; Mila,73; Milik,90)

Almaniya-Cəbbəllütarik 4:0

(Müller,12,29; Götze,38;Santos,67 avto qol)

Şotlandiy-İrlandiya 1:0

(Maloney,75)

F qrupu

1 Ruminya                           4              3              1              0              6-1          10

2 Şimalı İrlandiya               4              3              0              1              6-3          9

3 Macarıstan                      4              2              1              1              4-3          7

4 Finlandiya                        4              1              1              2              4-5          4

5 Farer Adaları                   4              1              0              3              2-6          3

6 Yunanıstan                      4              0              1              3              1-5          1

Yunanıstan-Farer Adaları 0:1

(Edmundson,61)

Macarıstan-Finlandiya 1:0

(Gera,84)

Ruminya-Şimalı İrlandiya 2:0

(Rapp,74,79)

İ qrupu

1 Danimarka       4              2              1              1              6-4          7

2 Potuqaliya       3              2              0              1              2-1          6

3 Albaniya           3              1              1              1              2-4          4

4 Serbiya              3              1              0              2              5-4          4

5 Ermənistan      3              0              1              2              2-4          1

Portuqaliya-Ermənistan 1:0

(Ronaldo,72)

Serbiya-Danimarka 1:3

(Tosiç,4-Bentner,60,85;Kaer,62)

C Qrupu

1 Slovakiya          4              4              0              0              8-2          12

2 İspaniya            4              3              0              1              13-3       9

3 Ukrayna            4              3              0              1              6-1          9

4 Makedoniya   4              1              0              3              4-10       3

5 Belarusiya        4              0              1              3              2-9          1

6 Lüksemburq   4              0              1              3              3-11       1

Lüksemburq-Ukrayna 0:3

(Yarmalonko,33,53,55)

Makedoniya-Slovakiya 0:2

(Kuçka,25; Nemeç,38)

İspaniya-Belarusiya 3:0

(İsko,18; Busqets,19; Pedro,55)

E qrupu

1 İngiltərə            4              4              0              0              11-1       12

2 İsverçrə            4              2              0              2              8-3          6

3 Sloveniya         4              2              0              2              4-4          6

4 Litva                   4              2              0              2              3-6          6

5 Estoniya            4              1              1              2              1-2          4

6 San Marino      4              0              1              3              0-11       1

İngiltərə-Sloveniya 3:1

(Runi,59; Uelbek,66,72-Keyhl,57 avto qol)

San Marino-Estoniya 0:0

İsveçrə-Litva 4:0

(Arlauskis,66 avto qol; Skar,68; Sakiri,80,90)

G qrupu

1 Avstriya            4              3              1              0              5-2          10

2 İsveç                  4              1              3              0              5-3          6

3 Rusiya                4              1              2              1              6-3          5

4 Çernoqoriya    4              1              2              1              3-2          5

5 Lixtenşteyn     4              1              1              2              1-6          4

6 Moldova           4              0              1              3              2-6          1

Avstriya-Rusiya 1:0

(Okotie,73)

Moldova-Lixtenşteyn 0:1

(Burgeymer,74)

Çernoqoriya-İsveç 1:1

(Yovetiç,80-İbrahimoviç,9)

Əhməd Həsənov