“Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda müsabiqəyə yekun vuruldu

596

İyulun 10-da Milli Kitabxanada keçirilən “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşən “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri elan olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mövzunun aktuallığına diqqət çəkərək jurnalistlərin müsabiqədə aktiv iştirak etməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.
tebMətbuat Şurasının sədri məlumat verdi ki, mayın 15-dən iyunun 19-dək davam edən müsabiqəyə kütləvi informasiya vasitələrindən 30 yazı təqdim olunub. Yazıların qiymətləndirilməsi nəticəsində bir nəfər 1-ci, iki nəfər 2-ci, üç müəllif 3-cü yerə, beş nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Sonra nəticələr açıqlandı:
I yer – Təranə Məhərrəmova (“Kaspi” qəzeti);
II yer – Cəvahir Qafarova (“Publika.az” saytı) və Ülviyyə Məmmədova (“Gün.az” saytı);
III yer – Tahir Abbaslı (“Mədəniyyət” qəzeti), İttifaq Qaçayev (“Xalq qəzeti”) və Rüfət Sultan (“Mövqe” qəzeti);
Həvəsləndirici mükafat – Qvami Rəsulov (“Zaman Azərbaycan” qəzeti), Aynurə Məmmədova (“Ekspress” qəzeti), İlhamə Xankişiyeva (“Gündəlik teleqraf” qəzeti), Seymur Əliyev (“Moderator.az” saytı) və Səidə Hüseynova (“Media və təhsil innovasiyaları” jurnalı).
Fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının diplomları və pul mükafatları (I yer üçün 1000 manat, II yer üçün 700 manat, III yer üçün 500 manat və həvəsləndirici mükafat – 300 manat) təqdim olundu.