Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin təqaüdü artırılıb

450

Oktyabrın 11-də Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə həmin şəxslərin hər biri üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 1300 manat məbləğində müəyyən edilib.

Fərman bu il noyabrın 1-dən qüvvəyə minir.