Milli Məclisin payız sessiyasında ilk iclası başlayıb

449

Sentyabrın 30-da Milli Məclisin 2016-cı ildə payız sessiyasının ilk plenar iclası başlayıb.

Parlamentin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

“Ötən bir il ərzində Avropa Parlamentitərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil olub, səfərlər edilib, münasibətləri yenidən bərpa etmək üçün cəhdləri göstərilib”. apa-nın məlumatına görə, bunu Azərbaycan Milli məclisinin sədriOqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, son cəhd olaraq bu yaxınlarda Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib və Azərbaycan prezidenti ilə də görüşləri olub: “Ötən il onlar Azərbaycanla bağlı qeyri-obyektiv qərar verdikləri üçün əlaqələr kəsilmişdi. Amma ötən müddət ərzində, xüsusilə qurumun nümayəndə heyətinin son səfərində bu münasibətlərə aydınlıq gətirildi. Ona görə də biz bu gün iclasda “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” sənədi müzakirəyə çıxaracağıq”. Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib.