Milli Dram Teatrının Monteneqroya səfərinin təşkili planlaşdırılıb

0
668

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb.
Sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Şərqdə ilk avropatipli peşəkar teatr olan Azərbaycan teatrının tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlarhaqqında ətraflı məlumat verib.
Bu gün müstəqil dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi müntəzəm qayğıdan söz açan direktor vurğulayıb ki, ölkəmizdə teatr sənətinin hüquqi bazasını formalaşdıran «Teatr və teatr fəaliyyəti haqqında» Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında», «Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Sərəncamları Azərbaycan teatrının müasir inkişafında yeni bir mərhələninin əsasını qoyub.
İsrafil İsrafilov teatrımızın beynəlxalq əlaqələrindən danışaraq, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan teatrının qətiyyətlə ölkə hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.
Görüşdə Azərbaycan və Monteneqro arasında mədəni münasibətlərin, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlıdanışıqlar aparılıb.
Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviç Azərbaycanda mədəniyyətin bütün sahələrinin, o cümlədən teatr sənətinin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.«Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı» ilə xüsusi maraqlanan Mariya Raznatoviç gələcəkdə öz ölkələrində teatr sənətinin inkişafı üçün Azərbaycan dövlətinin bu təcrübəsindən yararlanmağın vacibliyini dilə gətirib.
Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviç Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.
Əldə olunan razılığa əsasən, tezliklə Azərbaycan və Monteneqro teatrları arasında daha sıx və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasınaxidmət edəcək niyyət protokolunun imzalanmasınəzərdə tutulub. İsrafil İsrafilovun qarşılıqlı tamaşa, pyes və mütəxəssis mübadiləsi haqqında təklifi müsbət qarşılanıb və ilkin mərhələ kimi, Akademik Milli Dram Teatrının Monteneqroya qastrol səfərinin təşkili planlaşdırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here