Milli Dram Teatrında Yeni il şənliklərində “Rəqs edən pinqvinlər” olacaq

399

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, şənlik münasibəti
ilə hazırlanan “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və
rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül
Kərimovadır.

Maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə
uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi
İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev
(Şaxta Baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova
(Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı
(Lolo), Mehriban Xanlarova (La), Mirzə Ağabəyli və aktyor Elnur
Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və aktyor Rüstəm
Rüstəmov (Panda) çıxış edəcək.

Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabrdan yanvarın 7-dək hər
gün dörd seansda təqdim olunacaq.

Seanslar saat 11:00, 13:00, 15:00 və 17:00-da keçiriləcək.