Milli Dram Teatrı mövsümə “Qarabağnamə” ilə yekun vuracaq

398
SAMSUNG

Ötən mövsümdə Akademik Milli Dram Teatrında “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”,
“Kosanın qızı”, “Aldanmış ulduzlar” tamaşalarının premyeraları
keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası xalq
artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda
təqdim edildi. Bundan başqa xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm
sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib,
sentyabrda həmin tamaşanın premyerasını keçirəcəyik.

Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin
“Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc”
tamaşasıdır. Həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov
dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri
üzərində yazdığı pyes əsasında quruluş verir. Bu tamaşa da yeni teatr
mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.

Sözügedən mövsümdə Akademik Milli Dram Teatrının gənc rejissorları
Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı Festivalında
iştirak etdi, yaradıcı laboratoriya və master-klasslara qatıldılar.
Yeri gəlmişkən qeyd edim ki, avqust ayında Akademik Milli Dram Teatrı
Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında
iştirak edəcək. Bu tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad
Məmmədovun “İuda” mono pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad
Məmmədov çıxış edir.

Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə”
tamaşası ilə yekun vuracaq. Yeni mövsümdə teatrımızın dəyərli
tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq səhnə əsərləri
vəd edirik”.