Milli azadlıq mücahidi(1)

478
Əhməd bəy milli özünüdərkin cəmiyyətin mədəni inkişafından, gənclərin müasir elmlərə yiyələnməsindən asılı olduğunu uzaqgörənliklə müəyyən etdi.
 Ona görə də onun ilk işi cəmiyyətin maariflənməsi uğrunda mübarizəyə başlaması oldu. Həmin dövrdəƏhməd bəy Ağaoğlu qadınların yeni nəslin yetişməsində müstəsna rolu olduğunu xüsusi vurğulayır və onlara kişilərlə bərabər hüquqlar verilməsini qızğın şəkildə müdafiə edirdi. Bununla əlaqədar o, qadın azadlığına həsr edilən “İslam dünyasında qadın” adlı kitabını yazdı. 1901-ci ildə çapdan çıxan bu kitabda Əhməd bəy Ağaoğlu yazırdı: “Qadını azad olmayan millətin milli inkişafından söz gedə bilməz”. Əhməd bəy Ağaoğlu hələ gənc yaşlarından Azərbaycan xalqının milli mənəvi oyanışı uğrunda mübarizəyə qoşulub və bu yolda yorulmaq  bilmədən çalışıb. Çünki o, yaxşı başa düşürdü ki, millətinin gələcəyinə yol onu əsarətə, köləliyə qarşı yeni mübarizələrə hazırlamaqdan keçir və əks halda, milli məhvə gedən yolun qabağını almaq mümkün olmayacaq. Ona görə də tez-tez mətbuatda oyanışı təbliğ edən yazılarla çıxış edir, xalqımızın qarşılaşdığı problemlərdən xilas yollarını göstərməyə çalışırdı.Həmin dövrdə Azərbaycanda millimətbuat sahəsində bir canlanma hissolunurdu və nəinkiBakıda, həm də regionlarda qəzetlərə böyük maraqvardı. O, bundan istifadə edərək, xalqının milli oyanışı uğrunda mübarizədə mətbuatı əsas  silahına çevirmişdi. Amma onun vətənpərvərliyi, millitəəssübkeşliyi bütün çılpaqlığı ilə ermənilər tərəfindən Azərbaycanın hər yerində terror aktlarına baş vuranda çıxdı. Daşnakların terrora əlatması və onlara qarşı analoji bir mübarizənin başladılmasını tələb edirdi. O, uzun müddət düşünəndən sonra daşnakların terroraktlarının və bu müstəvidə onlar tərəfindən müsəlmanlara qarşı həyata keçirilən qətliamların çarizm tərəfindən pərdə arxasından dəstəkləndiyini anladı. Bunun qarşısını almağa yolisə ciddi nizam-intizama və düşmənə qətiyyətli cavab verməyə qadir gizli təşkilatın yaradılmasından keçirdi. Bu çərçivədə də ətrafına həmfikirlərini toplayaraq, yeni bir təşkilatın – “Difai”nin yaradıldığını elan etdi. O, bununla da Azərbaycanın istiqlal tarixinə ”Difai”nin rəhbərlərindən birikimi düşdü.Uşaqlıq illəri

Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın ən gözəlguşələrindən olan Şuşada, Mirzə Həsənvə Tazə xanımın ailəsində dünyaya göz açıb. Onun atası pambıqçı fermer, anası isə Şuşadakı məşhur Sarıçı əli nəslindənidi. İlk təhsilini Şuşa gimnaziyasında alan Əhməd hələ o dövrdə xüsusi fəallığı ilə seçilir, hər şeylə maraqlanır, tez-tez müəllimləri ilə müxtəlif mövzular üzrə mübahisəyə girirdi. Humanitar elmlərə daha çoxmaraq göstərən və yaddaşı olduqca güclü olan Əhməd dərsləri asanlıqla qavrayır və bununla da müəllimlərini heyrətə salırdı. Gimnaziyanı bitirdikdən sonrao, təhsilini xaricdə davam etdirmək, biliyini daha dazən ginləşdirmək istəyirdi. Amma atası sevimli oğlunu  Şuşadan kənara buraxmaq niyyətində deyildi. Buna baxmayaraq, Əhməd bəy çətinliklə də olsa təhsilini xaricdə davam etdirmək üçün atasını razı sala bildi.

 

Parisdə demokratiya dərsi

19 yaşında ikən, 1888-ciildə Əhməd təhsilini davam etdirmək üçün Sankt-Peterburqa, oradan da Parisə getdi. O, burada məşhur fransız şərqşünasları Ernest Renanvə professor Ceyms Darmestete ilə tanış oldu və bu, onun gələcək həyat yolunu müəyyənetməsində mühüm rol oynadı. Belə ki, hə riki professor Şərqi yaxşı tanıyı rvə bölgədəki problemlərə dərindən bələd idilər. Açıq fikirli və olduqca azadlıqsevər olar Ernest Renan və professorCeyms Darmestete gənc Əhməd bəydə milli özünü dərkin formalaşmasına istiqamət verdilər, ona milli azadlıq ruhu aşıladılar. Bütün bunlar da Əhməd bəyin qısa müddətdə fransız dilini mükəmməl öyrənərək SorbonnaUniversitetinin ən qabaqcıl tələbələrindən birinə çevrilməsinə və müəllimlərinin xüsusi rəğbətini qazanmasına gətirib çıxardı. Sorbonna Universitetində təhsilaldığı illərdə Əhməd bəy Fransada çıxan müxtəlif mətbu orqanlarda məqalələrlə çıxış etməyə başladı. Bu məqalələrdə onu yaxından tanıyan fransız tələbə dostlarının da dediyi kimi, qafqazlılara xas olan üsyankarlıq ruhu, emosionallıq vardı. Qeyd etdiyimiz kimi, Əhməd bəy həmin dövrdə Sankt-Peterburq Universitetində də oxumuşdu. Bu da ona rus xalqını daha yaxından tanımağa imkan verdi. Parisdə və Sankt-Peterburqda mükəmməl təhsil alan Əhməd bəy 5 xarici dilə dərindən yiyələndi və bu, ona həmin dildə danışan xalqların ədəbiyyatı, mədəniyyəti, tarixi və mənəviyyatı ilə daha yaxından tanış olmağa, imkan verdi. Həmin dövrdə Əhməd bəyi daha çox Azərbaycanın, mənsub olduğu millətinin taleyi, onun inkişafdan geri qalması səbəbləri düşündürməyə başladı. O, hiss elədi ki, Azərbaycan xalqının inkişafdan geri qalmasının əsl səbəbi əsarət altında yaşaması, çarizmin hər vasitə ilə milli azlıqları cəhalətdə saxlaması, onların maariflənməsinə mane olması, onlara münasibətdə “parçala-hökm sür” siyasətini həyata keçirməsidir. Bir sözlə, Parisdə təhsil aldığı illərdə Avropa demokratiyasından təsirlənən Əhməd bəy 1894-cü ildə Azərbaycana qayıtdı. O, artıq özünün gələcək həyat yolunu müəyyən etmişdi: bu yol Azərbaycan xalqının milli oyanışından, milli özünüdərkinin təbliğindən keçirdi. O artıq mənən bu şərəfli mübarizəyə tam hazır idi.

 

İlk mübarizə illəri

Parisdə təhsini başa vurandan sonra Əhməd bəy vətənə qayıtmağı və həyatını millətinin azadlığı uğrunda mübarizəyə həsr etməyi qərara aldı. 1894-cü ildə doğma Şuşaya qayıdan Əhməd bəy, əvvəlcə, burada fransız dilindən dərs demək, ətrafına gəncləri yığmaq, onlara azad Avropa ruhu aşılamaq, onları köləliyə qarşı mübarizəyə hazırlamaq istəyirdi. Lakin Şuşada olduğu qısa müddətdə hiss etdi ki, uzaq əyalət şəhərində bunu etmək heç də asan olmayacaq. Çünki bunun üçün Şuşada onun arzuladığı zəmin yox idi. Bundan əlavə, həmin dövrdə sürətlə inkişaf edən Bakı Azərbaycan ziyalılarının öz arzu və istəklərini həyata keçirməsi yolunda siyasi, elmi və mədəni mərkəz rolunu oynamağa başlamışdı. Bunu nəzərə alan Əhməd bəy mənsub olduğu millətini milli azadlıq uğrunda mübarizəyə hazırlamaq üçün Bakıya gəldi. Bakıda bir müddət müxtəlif işlərdə çalışan Əhməd bəy milli özünüdərkin cəmiyyətin mədəni inkişafından, gənclərin müasir elmlərə yiyələnməsindən asılı olduğunu uzaqgörənliklə müəyyən etdi. Ona görə də onun ilk işi cəmiyyətin maariflənməsi uğrunda mübarizəyə başlamaq oldu. Həmin dövrdə Əhməd bəy Ağaoğlu qadınların yeni nəslin yetişməsində müstəsna rolu olduğunu xüsusi vurğulayır və onlara kişilərlə bərabər hüquqlar verilməsini qızğın şəkildə müdafiə edirdi. Bununla əlaqədar o, qadın azadlığına həsr edilən “İslam dünyasında qadın” adlı kitabını yazdı. 1901-ci ildə çapdan çıxan bu kitabda Əhməd bəy Ağaoğlu yazırdı: “Qadını azad olmayan millətin milli inkişafından söz gedə bilməz”.

Həmin dövrdə onun mətbuat orqanlarında çap etdirdiyi məqalələrində türkçülük ideyası önə çıxarılmışdı. O, bununla əlaqədar məqalələrinin birində yazırdı: “Millətini sevməyən, onun şərəfini uca tutmayan hər hansı bir insan digər millətləri sevə bilməz. Zira anasını sevməyən bir kimsənin digərinin anasını sevməsi mümkün deyil. Millətini sevmək hamımızın əsas qayəsi olmalıdır. Çünki köləliyə və əsarətə qarşı mübarizə, hürr olmağın yolu insanların milli oyanışından, mənsub olduğu millətini sevməsindən keçir”.

 

Polis Əhməd bəy Ağaoğlunun İslamı və milli oyanışı təbliğ etməsini Osmanlının xeyrinə təbliğat aparması kimi dəyərləndirir və onun hər addımını təqib edirdi.
Bunu Əhməd bəy Ağaoğlu da hiss etməyə başlamışdı, buna baxmayaraq, o, xalqının milli oyanışı uğrundakı mübarizəsini davam etdirirdi. Bu yolda öz fəaliyyətini daha da genişləndirmək məqsədi ilə alovlu vətənpərvər yeni qəzet açmaq fikrinə düşür və çətinliklə də olsa müvafiq qurumlardan icazə alaraq, 1905-ci ilin iyun ayında “Həyat” qəzetinin nəşrinə başlayır.Əhməd bəy Ağaoğlu (Ağayev) hələ XIX əsrin 90-cı illərinin əvvəllərində Tiflisdə nəşr edilən “Qafqaz” və Bakıda işıq üzü görən “Kaspi” qəzetlərindən başlayan fəaliyyətini XX əsrin ilk illərində daha da geniş şəkildə davam etdirirdi. Bakıya gəldikdən sonra “Kaspi”nin redaktorlarından birinin funksiyasını həyata keçirən ə. Ağaoğlu qısa müddətdə ən çox tanınan şəxslərdən birinə çevrildi. Həmin dövrdə o,  Bakı Ali Ticarət Məktəbində fransız dilindən dərs deyir, özünün də dediyi kimi, əlındəki ən cüzi imkandan belə istifadə edərək, mənsub olduğu millətə xidmət göstərirdi. İşinin çoxluğuna baxmayaraq, siyasi fəaliyyətlə də məşğul olmağa vaxt tapırdı. Əhməd bəy Ağaoğlu həmin dövrdə xalqının düşdüyü ağır vəziyyətin Rusiyanın ali orqanlarına çatdırılmasının vacibliyini yazır və bunun son nəticədə millətimizə münasibətin dəyişməsinə gətirib çıxaracağına ümid edirdi. Bu məqsədlə də o, Qafqaz Seyminə keçirilən seçkilərdə iştirak edir və xalqın etimadını qazanaraq müsəlman fraksiyasından bu qurumun mərkəzi orqanlarına üzv seçilir. Seymdəki çıxışlarında o, ölkədə yaranan ağır vəziyyəti, xüsusilə, müsəlmanların ayrı-seçkiliyə məruz qalmasını yerli məmurların özbaşınalığı ilə əlaqələndirirdi.  Ona görə də hökumət orqanları onun fəaliyyətindən şübhələnməyə başlayır. Polis Əhməd bəy Ağaoğlunun İslamı və milli oyanışı təbliğ etməsini Osmanlının xeyrinə təbliğat aparması kimi dəyərləndirir və onun hər addımını təqib edirdi. Bunu Əhməd bəy Ağaoğlu da hiss etməyə başlamışdı, buna baxmayaraq, o, xalqının milli oyanışı uğrundakı mübarizəsini davam etdirirdi. Bu yolda öz fəaliyyətini daha da genişləndirmək məqsədi ilə alovlu vətənpərvər yeni qəzet açmaq fikrinə düşür və çətinliklə də olsa müvafiq qurumlardan icazə alaraq, 1905-ci ilin iyun ayında “Həyat” qəzetinin nəşrinə başlayır. Yeni qəzetin ilk sayında o, islamla türkçülüyün sintezini irəli sürür. O yazırdı ki, çoxlarının dediyi kimi, müsəlman və türkçü olmaqdan qorxmaq lazım deyil. Çünki Allah müsəlmançılıqla qövmləri yanaşı yaradıb ki, insanlar bir-birilərini daha yaxından tanısınlar. Əhməd bəy Ağaoğlı daha sonra yazırdı ki, bizim irəliyə doğru hərəkətimiz, həyat şəraitimizi yaxşılatmaq səylərimiz islam qanunları ilə birləşdikdə uğurlu ola bilər.Onun “Həyat” qəzetində dini və milli ideyaları təbliğ edən yazıları hökumət orqanlarını  daha ciddi şəkildə təşvişə salmışdı. Onlara elə gəlirdi ki, Ağaoğlunun təbliğ etdiyi ideyalar carizmə qarşı yönəlib və bu, Qafqazda panislamizmin genişlənməsinə yol açacaq. Bununla əlaqədar polis tərəfindən hazırlanan gizli raportda deyilirdi ki, islamın saflığı və toxunulmazlığı ideyalarını təbliğ edən Əhməd Ağaoğlu çarizmə və ruslara qarşı barışmaz mövqe tutur. Amma bununla bağlı hökumət orqanlarının əlində ciddi sübut və dəlil də yox idi. Ona görə də hökumət orqanları “Həyat” qəzetini bağlatmaq, onun baş redaktoru və təsisçisini həbs etmək üçün bəhanə axtarırdılar.“Difai”yə aparan yol1903-cü ildən başlayaraq, Rusiya daxilində baş verən bir çox proseslər Qafqazda da əks-səda verməkdə idi. Bu baxımdan Rusiyada inqilabi hərəkatın yeni mərhələyə qədəm qoyması ilə imperiya silkələnməyə başlamışdı. 1904-1905-ci illərdə baş verən Rus-Yapon müharibəsində birincilərin məğlub olması çar imperiyası daxilində hərc-mərclik üçün zəmin hazırladı. Bundan istifadə edən ermənilər rus çarizminin yerli nümayəndələrinin pərdə arxasından onları dəstəkləməsindən ruhlanaraq, Azərbaycanda milli qırğınlar törətməyə başladılar. 1905-1907-ci illərdə ermənilər Azərbaycanın hər yerində minlərlə günahsız insanları qətlə yetirdilər. Ermənilər o dövrdə həm də Azərbaycanın görkəmli simalarına qarşı terror aktlarına əl atırdılar. Belə bir vəziyyətdə  ermənilərin və onları dəstəkləyən çar məmurlarının terror aktlarının qarşısını almaq üçün müvafiq addımların atılması qarşısıalınmaz zərurət kimi ortaya çıxmışdı. Müsəlmanlar üçün olduqca ağır günlərdə Əhməd bəy Ağaoğlu erməni terroruna qarşı onun öz silahından istifadə etmək və bununla bağlı müdafiə təşkilatının yaradılması barədə qərar qəbul etdi. O, öz fikrini yaxından tanıdığı bir çox adamlara dedi və bununla bağlı onların razılığını aldı. 1906-cı ilin payızında  Əhməd bəy Ağaoğlunun təşəbbüsü ilə “Difai” (müdafiə) təşkilatı yaradıldı. Yeni təşkilatın mərkəzi Bakıda yerləşirdi. Onu da qeyd edək ki, bəzi mənbələr “Difai”nin 1905-ci ildə yaradıldığını yazırlar. Onlardan biri də məşhur türk maarifçisi Yusif Akçuradır. Akçura Əhməd bəy Ağaoğluna həsr etdiyi məqaləsində yazır ki, 1905-ci ildə onun tərəfindən Bakıda “Fədai” cəmiyyəti yaradılıb. Yusif Akçura “Fədai” dedikdə, şübhəsiz ki, “ Difai”ni nəzərdə tutub (Mənbə, Eldar əzizov, “Difai”, Bakı, 2009).

“Difai”nin yaradılması ilə bağlı N. Şeyxzamanlı isə yazır ki, Əhməd bəy Ağayev Gəncəyə gələrək, Cümə məscidində camaatla görüşdü: “O, yerli ziyalılarla, ələkbər bəy Rəfibəyovla, ələkbər və ələsgər Xasməmmədovlarla, Nəsib bəy Yusifbəyovla görüşmüş, onlarla söhbət zamanı çar hökumətinə müqavimət göstərə biləcək bir təşkilat yaradılması qərara alınmışdır. Həmin təşkilatı “Difai” adlandırmaq qərara alındı. Sonradan “Difai”nin möhürü hazırlandı” (Mənbə, Eldar əzizov, “Difai”, Bakı, 2009).

Amma arxivlərdə “Difai”nin 1906-cı ilin payızında Bakıda ə. Ağayev tərəfindən yaradıldığı barədə bəzi məlumatlar da var. “Difai”ni yaradarkən Əhməd bəy Ağaoğlunun bir devizi vardı: “Terrora terrorla cavab verilməlidir!”. O yazırdı: “…Bir dövlətdə ki, danışmağa, yazmağa izn vermirlər, insanlar zülm və əsarət altındadır, haqq və ədalət unudulub – orda terrordan başqa yol qalmır. Mən cəlladlara və xalqa Allahsızcasına qan udduranlara qarşı terroru qəbul edirəm!” (Sitat Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabındandır, Bakı, 2010).

Göründüyü kimi, həmin dövrdə Əhməd bəy Ağaoğlunu  daşnak terroruna terrorla cavab verməyə məcbur edən səbəblər vardı. O, yana-yana deyirdi ki, indiki dövlət məmurlarının, bəlkə də, hamısı alçaqcasına erməni terror dəstələrinə ram olub, onların sifarişlərini yerinə yetirir və məzlum müsəlmanlara amansız cəza verirlər. Ona görə də özünü qabağa verərək, millətini çar məmurları ilə erməni daşnaklarının qırğınından qorumaq və  özünün də dediyi kimi, xalqa atılan gülləni sinəsinə çəkmək məqsədi ilə işə başladı. Əhməd bəy erməni terrorunun arxasında kilsənin dayandığını və müsəlmanlara qarşı həyata keçirilən bütün qırğınların məhz onların vasitəsi ilə istiqamətləndirildiyini  də yaxşı bilirdi. O bununla bağlı çıxışlarının birində belə demişdi ki, erməni-rus müttəfiqliyinin arxasında kilsə dayanır.

Əhməd bəy məsələ ilə bağlı həmfikirləri ilə söhbətində bildirmişdi ki, bizim silahsız da görməli işlərimiz çoxdur. əgər o işləri vaxtında görə bilsəydik, üstümüzə silahla gəlməyə cəsarət eləməzdilər. Sözə sözlə, gülləyə güllə ilə cavab verəcəyik. Biz savaşın, qonşular arasında münasibətlərin pozulmasının, qan tökülməsinin tərəfdarı deyilik; məqsədimiz düşmən hücumlarını dəf etməkdir. Ona görə də ağlıma “Difai” adı gəlib. (Mənbə, Sabir Rüstəmxanlı, “Difai fədailəri”, Bakı, 2010).

Bununla bağlı əhaliyə edilən müraciətlərdə “Difai”nin yaradılması səbəbləri aydın şəkildə izah edilmişdi. “Difai”nin müraciətlərində bu qurum tərəfindən müsəlman əhali üçün zərərli hesab ediləcək və ermənipərəstlikdə şübhə doğuracaq vəzifəli şəxslər də terrorla hədələnirdi. Əhməd bəy Ağaoğlu tərəfindən “Difai”nin proqramı da hazırlanmışdı. Bu proqramın layihəsi 1906-cı ildə ə.Ağayev tərəfindən dərc edilən “İrşad” qəzetində dərc edilmişdi. Bununla əlaqədar Difai”nin proqramında deyilirdi: “Hökumət dairələri, xüsusən, cənab Vorontsov-Daşkovun canişin olduğu kədərli günlərdə erməni “Daşnaksutyun” təşkilatının bombaları və güllələri qarşısında qorxaqcasına baş əydilər, bu təşkilatın Qafqazda itaətkar alətlərinə çevrildilər. Yerli hakimiyyət orqanları “Daşnaksutyun”un əlində miskin bir vasitə oldular” (Mənbə, Eldar əzizov, “Difai”, Bakı, 2009).