Millət vəkili öz seçiciləri ilə növbəti dəfə görüşüb

0
404

Mingəçevir şəhərini təmsil edən millət vəkili Aydın Mirzəzadə növbəti dəfə seçicilərini qəbul edib. Qəbulda 30-35-ə yaxın şəxs öz problemlərini millət vəkilininə çatdırıb.

Qəbuldan sonra saytımıza açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib: “Bir millət vəkili kimi hər bir seçicini diqqətlə dinlədim. Sosial məsələlərlə bağlı problemləri olan seçicilərin də ərizələri alındı. İnsanlar daha çox öz səxsi problemləri ilə bağlı mənə şikayətlərini bildirdilər. Çalışacağam ki, bu insanların problemlərini həllinə bacardığım qədər köməkliyimi göstərim”.

 

Müraciət edən sakinlərdən aprel döyüşlərində şəhid olan əsgər anası Mahirə xanım oğluna şəhidlik statusu ala bilməməsi ilə bağlı ümidini millət vəkilinə bağladığını deyib: “Gözümün ağı-qarası bircə oğlum aprel döyüşlərində şəhid oldu. Özüm onkoloji xəstəlikdən əziyyət çəkirəm. Baxan da yoxdur. Ümidim sizədir. Oğluma şəhidlik statusunun verilməsində mənə kömək edin”.

Digər seçici – birinci qrup əlil aldığı pensiya ilə dərmanlarını ala bilməməsindən şikayətlənib.

Esmira Hidayətova,Mingəçevir.