Migəçevirdə dini icmaların hesabatları dinlənilib

0
339

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dini icmaların hesabatları ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, dini icma sədrləri, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin  təməlinin ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini qeyd edib. Natiq Əfəndiyev Azərbaycanın yenidən müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, dövətin və ölkə rəhbərliyinin din sahəsinə göstərdiyi diqqət və qayğısından bəhs edib, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinidən söz açıb.

Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Azərbaycanda dini icmaların maddi texniki təminatının yaxşılaşdırılması, məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi kimi xarakterizə edib. Bununla yanaşı, Sahib Əliyev  Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında danışaraq dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.

Mingəçevir şəhəri “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov dövlətin İslam dininə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini vurğulayıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir