Miçel: “Sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”

291

İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Bu sözləri UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Kopenhagen” komandası ilə səfərdə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi deyib: “Avqustun 23-də bizi çətin oyun gözləyir. Qrup mərhələsində oynamağa şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq”.

Qarşılaşma haqqında danışan yarımmüdafiəçimiz Miçel bildirib: “Kopenhagen”də hansısa futbolçunu ayrıca qeyd etməzdim, rəqib komanda şəklində oynayır. Danimarka təmsilçisi olduqca güclüdür və Çempionlar Liqasında kifayət qədər təcrübələri var. Onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” komandalarının Bakıda keçirilən ilk görüşü 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

 

22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Alberto Undiano Mallenko

Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1