Meyvə seç, xarakterini deyim

732
Meyvələrin hər birinin özünəməxsus dadı var. Bəziləri turş meyvə sevir, bəziləri isə şirin. Bunların arasında eləsi var ki, sizin üçün əvəzolunmazdır. Bəs xəbəriniz var ki, sizin bu əvəzolunmazınız xasiyyətinizin göstəricisidir? Elm adamlarının  araşdırmalarına görə, insanların ən çox üstünlük verdikləri meyvələr  sahib olduqları xarakterdən xəbər verir.
Ən çox sevdiyiniz meyvə hansıdır? Alma, armud, portağal, banan, əncir, üzüm?..

Meyvələrin hər birinin özünəməxsus dadı var. Bəziləri turş meyvə sevir, bəziləri isə şirin. Bunların arasında eləsi var ki, sizin üçün əvəzolunmazdır. Bəs xəbəriniz var ki, sizin bu əvəzolunmazınız xasiyyətinizin göstəricisidir? Elm adamlarının araşdırmalarına görə, insanların ən çox üstünlük verdikləri meyvələr onların sahib olduqları xarakterdən xəbər verir.

Portağal: Əgər meyvələrin içində portağala üstünlük verirsinizsə, bu sizin səbirli və möhkəm iradəyə sahib olduğunuzu göstərir. İşlərinizi yavaş, lakin dəqiqliklə görür və bundan yorulmursunuz. Utancaq olsanız da, dostluqda etibarlı və sözünüzə sadiqsiniz.

Alma: Sevdiyiniz meyvə almadırsa, bu sizin bədxərc olmağınızdan xəbər verir. Ani qərarlar verən, sözü üzə deyən, sərt və hiddətli bir xarakterə sahibsiniz. Təşkilatçılıq qabiliyyətiniz yaxşı olmasa da, lider olmaq üçün potensialınız var. Xoşbəxt olmağı bacarırsınız və həyat eşqinizi heç vaxt sönməyə qoymursunuz.

Banan: Sevimli meyvəniz banandırsa, bu sizin uşaqlıqdan sevimli və mərhəmətli bir xarakterə sahib olduğunuzu göstərir. Utancaq bir insansınız və tez-tez özünüzə olan güvəninizi itirirsiniz.

Üzüm: Tez əsəbiləşən, tez də sakitləşən bir xarakteriniz var. Ümumən mülayimtəbiətli bir insansınız. İstiqanlı və ünsiyyətcil olduğunuz üçün girdiyiniz mühitdə sevilirsiniz. Gördüyünüz hər işdən zövq almağı bacarırsınız. Dostlarınızı darıxmağa qoymursunuz.

Şaftalı: Olduqca şən əhvali-ruhiyyəli və yaşamağı sevirsiniz. Dostlarınız həyatınızın vazkeçilməz bir parçasıdır. Problemlərin dərinliyinə getmədən tez bağışlamağı bacarırsınız. Sözü üzə deyən, heç kəsə tabe olmayan və istədiyini əldə edən xarakteriniz var.

Heyva: Sevimli meyvəniz təvazökarlığınızdan xəbər verir. Bir işə başlayarkən tələsmir, hərtərəfli düşünür və diqqətli hərəkət edirsiniz. İnsanların səhvlərini tez görə bilirsiniz. Qarşınızdakının görünüşündən çox, zəkasına önəm verirsiniz.

Armud: Dəyişkən xarakterlisiniz. Başladığınız işləri yarımcıq qoymaq adətinizdir. Lakin ağlınıza batan işin öhdəsindən gəlməyi bacarırsınız. Əməyinizin nəticəsini tez əldə etmək və ya nəticəni əvvəlcədən bilmək istəyirsiniz. Tez ünsiyyət qurmağınıza baxmayaraq, münasibətləri davam etdirməkdə çətinlik çəkirsiniz.

Əncir: Ciddi, düşüncəli və həssas xarakteriniz var. Ünsiyyət qurmağı xoşlasanız da, insanlarla həddindən artıq yaxın olmağı sevmirsiniz. Hər zaman bəlli məsafəni qorumağa çalışırsınız. Gözüaçıq, tez qavrayan bir xarakterinizin olması iş həyatında uğur qazanmağınıza şərait yaradır.

Qovun: Üstünlük verdiyiniz meyvə qovundursa, qorxma hissiniz çox azdır. Başınıza gələn hadisələri normal qarşılayırsınız. Şən və əliaçıq olmağınız ətrafınıza çoxlu insanlar toplayır. İş həyatında məqsədinizə nail olmaqda və doğru zamanda, doğru yerdə olmaqda ustasınız.