Metronun fəaliyyəti ilə bağlı rəsmi açıqlama

0
168

Son günlərdə ölkədə koronavirusla bağlı tətbiq edilən sosial izolyasiya tədbirləri nəticəsində metrodan istifadə edənlərin sayında 20-25 faiz azalma var.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metropiltendə istifadə edənlərin sayının azalamasına ən ciddi təsir göstərən amil  tədris prosesinə fasilə verilməsi ilə bağlıdır: “Çünki metropolitendən ən çox istifadə edənlər tələbə və şagirdlər idi. İndi də tədris  müəssisələrində təhsilə fasilə verildiyindən  metroda sərinişindaşımada özünü açıqca biruzə verir. Ona görə də metroda  sərnişin sıxlığı müşahidə olunmur. Ümumiyyətlə son günlərdə metrodan istifadə edənlərdə 20-25 faiz azalma müşahidə olunmaqdadır”,- deyə B.Məmmədov deyib.

Metropolitenin fəaliyyətinin məhdudlaşdırılmasına gəldikdə isə B. Məmmədov bildirib ki, hazırda metro adi iş rejimində çalışır və bu məsələ hələlik gündəlikdə deyil.

B.Məmmədov onu da əlavə edib ki, Bakı metropoliteni  koronavirusla bağlı  Nazirlər Kabineti Operativ Mərkəzinin qəbul etdiyi təlimatlara ciddi riayət edir.

Metropolitendə dezinfeksiya işlərinə gəldikdə B. Məmmədov bildirib ki, burada gigiyenik qaydalara ciddi riayət olunur: “İstər qatarlar, istərsə də metrostansiyalarda  gündəlik dezinfeksiya işləri həyata keçirilir. Stansiyalarda gündə bir neçə dəfə insanların əli dəyən avtomat keçidlər, mühəccərlər, eskalatorlar, əltutanlar dezinfeksiya olunur. Bundan əlavə olaraq dezinfeksiya işləri qatarlarda da həyata keçirilir. Qatarlar depoya döndükdən sonra qapılar açılaraq havalandırılır və dezinfeksiya işləri aparılır. Ona görə də vətəndaşlaırmızı tam əmin edirik ki, onların sağlamlığının müdafiəsi məqasədi ilə bu məsələlərə çox ciddi nəzarət edilir. Sadəcə sərnişinlərdən də bir tələbimiz və xahişimiz var ki, onlar metrodan istifadə etdikləri qidaların kağızlarını, saqqızları yerə atmasınlar”.

 B. Məmmədov onu da əlavə edib ki, “Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur: “Qərargahın və aidiyyatı səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.//olke.az