Messi “Paris Sen-Jermen”lə müqavilə imzalayıb

50
Soccer Football - Lionel Messi arrives in Paris to join Paris St Germain - Paris, France - August 10, 2021 Lionel Messi waves from the balcony of the Royal Monceau Hotel REUTERS/Yves Herman

Fransanın “Paris Sen-Jermen” komandası İspaniya “Barselona” klubundan ayrılan argentinalı futbolçu Lionel Messi ilə müqavilə imzalayıb. 34 yaşlı forvard ikiillik sözləşməyə imza atıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.

“Paris Sen-Jermen”yə keçidi ilə bağlı təəssüratlarını bölüşən ulduz futbolçu karyerasında yeni səhifə açdığı üçün xoşbəxt olduğunu bildirib: “Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. “Park de Prens”də meydana çıxmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.