Meksika 43 tələbənin axtarışını davam etdirir

0
561
Meksika hökuməti sentyabrın axırlarında İquala əyalətində keçirilən nümayişlər zamanı itkin düşmüş 43 tələbənin axtarış coğrafiyasını genişləndirməyi qərara alıb.
Meksikanın daxili işlər naziri Migel Anxel Osorio tələbələrin axtarışının qonşu əyalətlərin ərazisində də aparılacağını bildirib.

Prokurorluq əməkdaşları, polis və hərbçilərdən ibarət 10 min şəxsin cəlb olunduğu axtarışların indiyədək nəticəsiz qaldığını qeyd edən nazir Gerrero əyalətində ictimai asayişin bərpasında ciddi problemlərin də olduğunu etiraf edib.

Xatırladaq ki, sentyabrın 26-da İquala əyalətində polis və naməlum silahlıların tələbə nümayişini atəşə tutması nəticəsində 6 nəfər həlak olmuş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü. İstintaq nümayişçilərə divan tutulması əmrini şəhərin hazırda axtarışda olan keçmiş meri Xose Luis Abarka tərəfindən verildiyini müəyyənləşdirib.

Hazırda Meksika şəhərlərində itkin düşən tələbələrin tapılmasını tələb edən etirazçılar Gerrero əyalətində ən azı 25 inzibati binanı ələ keçiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here