“Mehmanxana sahibəsi”… gəlir…

544
OLYMPUS DIGITAL CAMERA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesinə start verilir.

Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanacaq eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verəcək.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.