Mehdi Səfərov maraqlı xobbisi ilə turistləri heyrətləndirmək fikrindədir

706

Goranboyun Xanqərvənd kənd sakini 60-dan cox ölkənin pullarını toplayıb. 32 yaşli Mehdi Səfərov 10 ildən artıqdır bu işlə məşğuldur. Kolleksionerin əldə etdiyi pullar arasinda ən qədimi XIII-XV əsrlərə aiddir. Rayon sakini əskinasları əldə etmək üçün az pul xərcləməyib. Mehdi Səfərov Türkiyə, Rusiya, Qvatemalanın sosial şəbəkələri ilə əlaqə qurub həmin dövlətlərin pullarıni əldə edib. Hazırda onun kolleksiyasında 300-dən artıq kağız, 350-yə yaxın gümüş və mis qəpiklər var.

 

İxtisasca tarix müəllimi olan Goranboy sakini  hələ tələbə olarkən  müxtəlif ölkələrin pullari ilə maraqlanıb. Daha sonra onları əldə etmək üçün bu ölkələrdə yaşayan kolleksiyaçılarla əlaqə yaradib. Hətta işlək olmayan pula yüksək ödəniş etdiyi vaxtlar da olub. Kolleksioner  ilbəil artan əskinaslari xüsusi formada saxlayir. Belə ki,  onları xüsusi albom və listlərə yerləşdirib. O, bu maraqlı xobbisi ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkmək fikirindədir. Bunun üçün yaşadığı kənddə kiçik güşə yaradaraq bu pulları orada nümayiş etdirmək fikrindədir.

Esmira Hidayətova, Goranboy