MDU və İstanbul Gedik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

65

 

2021-ci ilin 13 dekabr tarixində İstanbul Gedik Universitetinin (İstanbul Gedik Üniversitesi – İGÜN) prorektoru Ahmet Kesik Mingəçevir Dövlət Universitetində(MDU) olub. Ziyarət çərçivəsində MDU-da rəhbər heyəti üzvləri ilə görüş keçirilib və iki universitet arasında əməkdaşlıq protokolu imzalanıb.

Görüşdə qardaş ölkəninyenilikçi ali təhsil müəssisələrindən biri olan İGÜN-in prorektorunu  Mingəçevirdə salamlamaqdan məmnunluğunu bildirən MDU-nun rektoru Şahin Bayramov digər sahələrdə olduğu kimi, ali təhsil sferasında da Azərbaycan və Türkiyə arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

MDU-nun strateji hədəflərindən və bu istiqamətdə görülən işlərdənsöhbət açanrektor universitetin modernləşməsində Türkiyədən olan tərəfdaş universitetlərlə həyata keçirilən işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb.

Mühəndislik sahəsi üzrə kadr hazırlığının təkmilləşdirilməsinin önəmindəndanışan Ş.Bayramov əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb və İGÜN ilə yaradılacaq işbirliyinin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İGÜN-in prorektoru A.Kesik yeni dövrün universitetinə çevrilmək yolunda MDU-da görülən işləri müsbət dəyərləndirib.

Sənaye ilə işbirliyinə xüsusi önəm verdiklərinivurğulayanA.Kesik faktiki olaraq İGÜN-ün sənaye ilə birlikdə fəaliyyət modelinə malik olduğunu qeyd edib. Azərbaycanın dördüncü sənaye şəhərində yerləşən MDU ilə işbirliyində maraqlı olduqlarını diqqətə çatdıran prorektoruniversitet-sənaye əməkdaşlığı kontekstində birgə fəaliyyət imkanlarından bəhs edib.

Təmsil etdiyi universitetdə həyata keçirilən ali təhsil proqramlarından danışan İGÜN-in prorektoru qurulacaq əməkdaşlıq əlaqələrinin hər iki universitetin potensialının inkişafına töhfə verəcəyinə inandığını söyləyib.

Sonra MDU və İGÜN arasında əməkdaşlıq protokolu imzalanıb.Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri və digər məsələləri əhatə edir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin modernləşdirilməsi, akademik və elmi potensialının gücləndirilməsi məqsədilə qardaş ölkənin universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir.

Esmira Hidayətova, Mingəçevir