MDU-nun rektoru tələbələr təbrik edib

0
183

 

Mingəçevir  Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetə yeni qəbul olan tələbələri təbrik edib. Təbrikdə deyilir: 2020/2021-ci tədris ili üçün Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsinə qəbul olan əziz abituriyentlər və subbakalavrlar! Sizi, valideynlərinizi və müəllimlərinizi səmimi qəlbdən təbrik edir, MDU-nu seçdiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.

Əmin ola bilərsiniz ki, MDU-nu seçməklə müasir təhsil, doğru seçim və uğurlu karyera istiqamətində mühüm addım atmış oldunuz. Sizin yüksək ixtisaslı mütəxəssis olmağınız, xalqımıza və dövlətimizə layiq vətəndaş kimi formalaşmağınız üçün MDU-da bütün imkanlar mövcuddur. MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvləri Sizin keyfiyyətli ali təhsil almağınız və maraqlı tələbə həyatı yaşamağınız üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklər. İnanıram ki, hər biriniz MDU-nun müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsində fəal iştirak edəcəksiniz.

Sizi doğma universitetimizin auditoriyalarında salamlamağı səbrsizliklə gözləyirik. Hamımız üçün ortaq dəyər olan MDU ailəsinə xoş gəldiniz!”

Esmira Hidayətova