MDU-nun  10 tələbə və məzunu da medallarla təltif olunublar

0
195

 

Böyük Vətən müharibəmiz müzəffər Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Bu qələbə xalqımızın qəhrəmanlıq tarixində böyük səlnamələr, dastanlar yazmış oldu. Qarabağ uğrunda haqq savaşımızda əfsanəyəbənzər qəhrəmanlıqları ilə bütün dünyanı lərzəyə gətirən, dövlətçiliyə xidmət edən oğulların hər biri son 20-30 il ərzində təhsil müəssisələrində məqsədli şəkildə yetişən vətənpərvərlərdir. Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim savaşı aparan, bu yolda sağlamlığını itirən, canından keçən qazi və şəhidlərimizi vətənpərvər yetişdirən də məhz məktəblərimiz və müəllimlərimizdir. Belə qəhrəmanlıq nümunələrini isə saymaqla bitirmək mümkün deyil. Belə qəhrəmanlıq nümunələri göstərmiş igidlərdən bir neçəsi də Mingəçevir Dövlət Universitetinin(MDU) tələbə, müəllim və məzunlarıdır. Şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atan igid, qeyrətli oğullarımızın rəşadətindən hər zaman qürurla danışacağıqAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamlarına əsasən Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbə və məzunu “İgidlyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunublar.

Esmira Hidayətova, Mingəçevir