MDU-nun əməkdaşları qaziləri ziyarət ediblər

132

Mingəçevir Dövlət Universitetinun (MDU) əməkdaşları Ramazan bayramı münasibətilə qaziləri ziyarət ediblər. Onlar mərhəmət, xeyirxahlıq, mili-mənəvi birlik,  bayramı  olan Müqəddəs Ramazan bayramı münasibətilə Vətən müharibəsində iştirak etmiş Əhmədov Xəyala,  Quliyev İlqara, Mustafayev Şamilə, Babayev Rasimə, Şükürov Turala, Salmanov Bayrama, Atakişiyev Nərimana, Həsənov Rəvana baş çəkiblər.

44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Qələbədə böyük pay sahibi olan qazilərlə söhbət edən MDU əməkdaşları və tələbələri qazilərin keçdiyi əzəmətli döyüş yolunu onların dilindən  dinləyib, onlara xoş əhvali-ruhiyyə diləyiblər.

Esmira Hidayətova, Mingəçevir