MDU-da “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib

0
97

2020-ci il 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlim MDU ilə Şəki Dövlət Regional Kolleci arasında əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Təlimçilər qismində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Xəlil Xəlilov, Şəki Dövlət Regional Kollecinin müəllimi, turizm sahəsində mütəxəssis Araz Alıbəyov çıxış ediblər.

Universitetin və Kollecin tələbələrinin qatıldığı təlimdə Azərbaycanda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, turizim sahəsində investisiya imkanları, ölkəmizin “SlowFood” destinasiyası kimi formalaşması potensialı, yerli qastronomiya və mədəni irsin dəyərləndirilməsi, tələbələrin turizm obyektlərində təcrübəsinin təşkili və digər məsələlər barədə ətraflı məlumat verilib.

Maraqlı müzakirələrin aparıldığı təlimdə tələbələrin çoxsaylı sualları cavablandırılıb və göstərilən maraq nəzərə alınmaqla birgə təlimlərin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, turuzm sənayesi üçün ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilən MDU-da sözügedən istiqamət üzrə tədrisin məzmununun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Esmira Hidayətova, Mingəçevir