MDU-da maarifləndirici tədbir keçirilib

77

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzi 1 Dekabr-Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü münasibətilə  silsilə tədbirlər həyata keçirir. Daha bir maarifləndirici tədbir  Mingəçevir Dövlər Universitetində (MDU) təşkil edilib. Əvvəlcə tədbir iştirakçılarına bukletlər və tibbi maskalar paylanılıb. Respublika “QİÇS-lə Mübarizə Mərkəzi” Mingəçevir Regional Laboratoriyasının həkimi Yeganə Aslanova tələbələrlə    maarifləndirici söhbətlər aparıb. Həkim mövzuya dair çıxışlar edərək, zərərli vərdişlərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar verərək gənclərin bu kimi bəlalardan qorunmağa çağırıb.

Hər il dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd edildiyini qeyd edən Yeganı xanım  həmçinin bildirib ki, QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. Hazırda QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Onun fikrincə, QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Müzakirə şəraitində keçən tədbirdə  iştirakçılar da mövzu ilə  bağlı çıxışlar edib, verilən suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir