MDU-da əlamətdar hadisə

83

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan təhsilinə dəyərli töhvələr verməkdə öncül təhsil ocağındandır desək yanılmarıq.MDU maraqlı tədbirləri və əməli işləri ilə daim diqqəti cəlb edir. Bu gün universitetin II korpusunda müasir tələblərə cavab verən kimya laboratoriyasının açılışı da bunu bir daha sübut edir. İlk dəfə idi ki, universitetdə belə bir tədbir həyata keçirilirdi. Qeyd etmək yerinə düşər ki, kimya laboratoriyası mühəndislik fakültəsinin nəzdində yaradılmışdır. Bu laboratoriyadan fiziki və digər texniki fənlərin tədrisində istfadə etmək mümkündür.
Laboratoriyanın açılışında universitetin rektoru Şahin Bayramov, mühəndislik fakültəsinin professor və müəllim heyəti, universitetin alimləri, tələbələri şəhər ictimaiyyətinin nümayədələri iştirak edirdilər. Tədbiri universitetin rektoru Şahin Bayramov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və yeni yaradılmış laboratoriyanın əhəmiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu cür laboratoriyalar universitetdə təhsilin səviyyəsinin yüksəldilməsində, nəzəriyyə ilə təcrübənin birləşdirilməsində mühüm rol oynayır. O, əmin etdi ki, yaxın gələcəkdə tikiləcək universitetimizin əsas korpusunda bütün bu yeniliklər nəzərə alınacaqdır. Professor və müəllimlərin və eləcə də tələbələrin istək və arzuları layiqincə yerinə yetiriləcəkdir. Əlamətdar hadisə münasibətilə universitet kollektivini təbrik etdi.

Tədbirdə mühəndislik fakültəsinin professor və müəllimləri, qonaqlar çıxış edərək öz arzu və istəklərini dilə gətirdilər, universitet rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Sonda laboratoriyanın fəaliyyətini əks etdirən təcrübələr həyata keçirildi, xatirə şəkilləri çəkildi.

Esmira Hidayətova,Mingəçevir.