MDU-da İKT ilə bağlı elmi seminar keçirilib

0
606

Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsində “AzərbaycanRespublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”nın həyata keçirilməsinə həsr olunmuş “Mütəxəssishazırlığında İKT-nin tətbiqi: mövcud problemlər və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə Mingəçevir DövlətUniversitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycandainformasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı,informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.

Akif Hacıyev qeyd edib ki, ölkədə informasiyacəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişafprioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorundavə ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanmasıüçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə “AzərbaycanRespublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanınhəyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası iləbağlı Mingəçevir Dövlət Universiteti olaraq üzərimizə düşən vəzifələri yerinəyetirməliyik. Məhz bu baxımdan bu gün ki, elmi seminar təşkil edilmişdir.


Mühəndislik fakültəsinin dekanı, tex.f.d., dosentVüqar Mustafayev bildirib ki, seminarın işində professor-müəllim heyətilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi İlqarPirməmmədov, Mingəçevir Bələdiyyəsinin məsul nümayəndəsi Zahid Qasımlı, Mingəçevir Sənaye Parkının məsul nümayəndəsi Yasin Quliyev, MingəçevirTelekommunikasiya Qovşağının məsul nümayəndəsi Mahir Mürsəlov, HTECH İnvestMMC-nin məsul nümayəndəsi Orxan Nadirov, “Azərbaycan İES” MMC-nin məsul nümayəndəsi Hüseyn Hümbətov iştirak edir.


Sonra “İnformasiya texnologiyaları” kafedrasının əməkdaşları tex.f.d., dosent, Almaz Əliyeva “Tədris prosesində informasiya vəkommunikasiya texnologiyalarının imkanları”; tex.f.d., baş müəllim Möhübbət Əhmədov “Təhsildə internet texnologiyalarının imkanları”; baş müəllim Zemfira Əliyeva “Təhsilin kompetensiyasına qoyulan tələblərin yerinə yetirilməsindəinformasiya texnologiyalarının rolu”; müəllim Asudə Abdurrahmanova “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələrin proqrambiliklərin diaqnostikası”; müəllim Nərmin Əhmədova “Elektron pul və onunfunksiyaları”; müəllim Şəbnəm Nəsirova “Smart kart və onun üstünlükləri”mövzularında məruzə etmişlər. 


Seminarın işində iştirak edən qonaqlardan Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi İlqar Pirməmmədov,Mingəçevir Bələdiyyəsinin məsul nümayəndəsi Zahid Qasımlı, HTECH İnvest MMC-ninməsul nümayəndəsi Orxan Nadirov, Mingəçevir Dövlət Universiteti TEC-in sədri,“İqtisadiyyat” kafedrasnın baş müəllimi Günəş Şəfaqətov çıxış ediblər. Təkliflər irəli sürülüb. Seminar maraqlı disskusiya şəklində davam edib.

Esmira Hidayətova, Mingəçevir