MDU-da “Açıq havada kitabaxana” adlı sərgi təşkil edilib

90

 

Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində tələbələr və orta məktəb şagirdləri üçün “Açıq havada kitabxana” adlı sərgi keçirilib.

Sərgidə MDU-nun bir qrup akademik heyət üzvü və tələbələri, Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər.

MDU əməkdaşlarının müəllifi olduqları dərsliklərin, xarici dildə uşaq ədəbiyyatlarının, pedaqogika və mühəndislik yönümlü kitabların nümayiş etdirildiyi sərgi tələbə və şagirdlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından daha fəal faydalanmaları məqsədilə belə sərgilərin keçirilməsinə xüsusi önəm verilir.

Esmira Hidayətova, Mingəçevir