MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərilib

57

Yanvar-iyun aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın altı ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 390,1 milyon ABŞ dolları, Ukraynaya 324,4 milyon dollar, Belarusa isə 75,8 milyon dollar olub.