ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn tutduğu vəzifəsindən getmək barədə qərar qəbul edib. Məlumata görə, onun istefasına səbəb Rusiya ilə sıx əlaqələrə malik olması olub. Belə ki, ötən həftə Vaşinqton Post qəzeti 2016-cı ilin dekabr ayında Flinnin Rusiyanın ABŞ-dakı səfiri Kislyakla görüşdüyünü və onunla Kreml əleyhinə olan sanksiyaları müzakirə etdiyini yazmışdı. Bu da Rusiyaya sanksiyaların zəiflədilə biləcəyinə edilən siqnal kimi dəyərləndirilib. Məsələ ilə bağli yayılan məlumatlar Flinnə təzyiqlərin artmasına və onun qalmaqal böyüməsin deyə vəzifəsindən istefa verməsinə gətirib çıxarıb.
Son xəbərlər
Polis mayoru: “Biz də çalışırıq ki…”
Mingəçevirə də qar yağıb. Bununla bağlı belə bir hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi yol polisindən çox böyük təcrübə və məsuliyyət tələb edir. Mingəçevir...