Mayın 7-ə qədər…

60

Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi. Bunu Qərb hərbi ekspertləri də, düşmənlərin sənədləri də, əsir düşən rusların xəbərləri də təsdiqləyib. Lakin Rusiya Prezidentinin planları Ukrayna Silahlı Qüvvələrinin cəsarətli və peşəkar müdafiəsi qarşısında iflasa uğradı.

alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqram hesabında qeyd edib.

O bildirib ki, hazırda Putin Rusiya ordusunun komandanlığına “qələbə” üçün yeni tələblər qoyub: “Rusiya rəhbəri aprelin 21-dən mayın 7-dək qarşıya qoyulan məqsədlərə nail olmağı əmr edib”.

Geraşenko vurğulayıb ki, məsələ ilə bağlı Putin martın 21-də Patruşev, Şoyqu, Gerasimov və Bortnikovla videokonfrans vasitəsilə görüş keçirib:

“Cəbhədəki mövcud vəziyyətin müzakirəsi zamanı söhbət rus qoşunlarının itkilərindən gedirdi və Gerasimov itkiləri əhəmiyyətli hesab edir. Putin Gerasimovun sözünü kəsərək, dedi ki, bunlar məqbul itkilərdir və qələbədən sonra əldə olunacaq məqsədlərlə müqayisədə heç nədir”.

Onun sözlərinə görə, Putin qeyd edib ki, 21 apreldən 7 maya kimi Ukrayna rəhbərliyi təslim olmağa məcbur edilməli və saziş imzalamalıdır. Belə ki, mayın 9-da Qələbə paradının keçirilməsi planlaşdırılır.