Maslyakova… rüşvət verilib?

438

“AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov, nəhayət ki, qondorma respublikanın KVN komandasını Soçidə səhnəyə çıxardı. Bəzi iddialara görə qondarma respublikanın komandasının KVN-də iştirakına nail olmaq üçün Rusiyadakı erməni lobbisi Maslyakova 3 milyon dollar rüşvət verib. Halbuki bu Azərbaycanın Xarici İşlər, İdman və Gənclər nazirliklərinin, eləcə də Azərbaycan ictimaiyyəti buna ciddi etiraz edirdi. Bununla bağlı Maslyakov özü isə demişdi ki, “”DQR”in komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət “KVN” saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. “KVN” həmişə siyasətdənkənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub”. Amma tərsinə oldu və bu məqamda istər-istəməz Maslayakovun ermənilərdən 3 milyon dollar rüşvət alması barədə iddialara inanmaya bilmirsən.