Maska məcburiyyəti ləğv edildi

35

Bu gün saat 06:00-dan etibarən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir.

Bu barədə mayın 26-da Azərbaycan Respublikasinin Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarında qeyd edilib.