Maraqlı festivallar

1334
Rənglər kimi xalqlar da fərqlidir. Onların öz adətləri, öz ənənələri var. Elə xalqlar var ki, hər hansısa bir hadisə tarixdə iz buraxır və bu onların həyatında ənənəvi bir hala çevrilir. Bu yazımızda sizə müxtəlif ölkələrdə keçirilən festivalları və onların yaranma səbəblərini təqdim edirik.
– “Holi” (rənglərin) festivalı: Hindistanda xalq hər il baharın gəlişini “Holi” festivalı ilə qeyd edir. Xeyirin şər üzərindəki “qələbəsinə” əsaslanan bu festivalın tarixi çox qədim zamanlara qədər gedib çıxır. Festival boyunca insanlar rəngbərəng torpaq boyalarını üzlərinə çəkir, ətrafa yayır və beləliklə havaya qarışan boyalar insanların üzərinə tökülərək sosial təbəqələşməni bir anlığa da olsa yox edir.

– Yaponyada “Qış işığı” (”Winter Light”) festivalı: Yaponiyada xalq Kuvana şəhərində yerləşən “No Sato” botanika bağını 7 milyondan çox LED işığı ilə işıqlandıraraq qışın gəlişini qeyd edirlər.

– İtaliyada Venesiya karnavalı: 1162-ci ildə Venesiya Cumhuriyyətinin işğalçılara qarşı qazandıqları zəfəri qeyd etmək məqsədi ilə hər il Venesiyanın “San Marko” meydanında karnaval təşkil olunur. Yeni ildən başlayaraq 40 gün davam edən karnavalda insanlar biri-birindən fərqli maskalar taxırlar.

– Şotlandiyada “Atəş”(Up Helly Aa) festivalı: Şotlandiyanın Lervik şəhərində hər ilin yanvar ayında keçirilən festivalda Şotlandiya xalqı gecə boyu əllərində məşəllərlə ataları vikinqləri yad edirlər. Gecənin sonunda “Quizers” adlandırılan bir qrup şəxs sahildəki nəhəng savaş gəmisini yandırırlar.

– İspanyada “Pomidor” festivalı: İspanyada hər il avqust ayının sonuncu çərşənbə günü Bunol şəhərində dünyanın ən böyük qida savaşı olan pomidor festivalı keçirilir. 20 mindən çox insan əylənmək məqsədi ilə bir gündə 150 min pomidoru bir-birilərinə atırlar.

– ABŞ-da “Albuquerque” Beynəlxalq Balon Festivalı: Dünyanın ən böyük balon festivalı olan “Albuquerque” Balon Festivalıda təxminən 750-dən çox balondan istifadə edilir. Bu festival 1972-ci ildə 13 balonun havaya qaldırılması ilə başlanıb və 9 gün davam edib.

– ABŞ-dakı digər bir “Yanan adam” (”Burning Man”) festivalı: ABŞ-ın Nevada əyalətində yerləşən “Black Rock” çölündə təşkil olunan “Yanan adam” festivalı 8 gün davam edir. Festivalın son günü nəhəng bir insan heykəli od vurularaq yandırılır.

– Asiyada “Fənər” festivalı: Çinin paytaxtı Pekində hər il ənənəvi olaraq keçirilən “Fənər” bayramı Ay təqviminə görə, yeni ilin 15-ci gününə təsadüf edir. Təxminən 3 həftə davam edən festival baharın gəlişini müjdələyir.

– Avstraliyada “Qarma” festivalı: Avstraliyanın “Yolqnu” qəbiləsinə aid bu festival yerli adət-ənənələrin, rəqslərin və nəğmələrin qorunması məqsədi ilə keçirilir.

– Yaponiyada “Qar” (“Sapporo”) festivalı: Hər il fevral ayında 7 gün boyunca milyonlarla insan qardan hazırlanmış heykəlləri ziyarət edirlər. Bu festival 1950-ci ildə Odori Parkında 6 nəfər tələbənin qardan heykəllər düzəltməsi ilə başlayıb.

– Hindistandakı “Fil” festivalı: Hər il mart ayında qeyd olunan bu festivalda fillər rəngli boyalarla boyanır, müxtəlif aksesuarlarla bəzədilir. Sonra isə həmin bu bəzədilmiş fillərdən polo (at yarışları) kimi müxtəlif yarışlarda və oyunlarda istifadə edilir.

– Meksikada “Ölümün günü” (“Dia De Los Muertos”) festivalı: Bu festivalda Meksika xalqı ölən qohumlarına  və dostlarına dua edirlər. Festival üçün ənənəvi paltarlarlar və yeməklər hazırlanır.

– ABŞ-da “Elektrikli ağaclar və Musiqi” festivalı: Bu festival 4 gün davam edir. İyun ayında keçirilən bu festivalda hər tərəfi rəngli işıqlarla bəzədilir. Bu mənzərə gələnlərə xoş bir təəssürat yaradır.

– İngiltərədə “Qlastonburi” festivalı: Dünyanın ən tanınmış festivallarından biri olan “Qlastonburi” festivalı 1970-ci ildən bəri hər il müntəzəm olaraq qeyd olunur. 135 min insanın iştirak etdiyi bu festivalda 2013-cu ildə “Rolling Stones” və “Arctic Monkeys” musiqi qrupları çıxış ediblər. Son illərdə musiqidən başqa rəqs, teatr və sirk də festivalın bir parçasına çevrilib.