Maqnus Karlsen yenə dünya çempionu oldu

525

Norveçli Maqnus Karlsen və Rusiya qrossmeysteri Sergey Karyakin arasında şahmat tacı uğrunda mübarizə başa çatıb. Norveç çempionu tay-brekdə qələbə qazanıb və titulunu qoruyub.

Tay-breykin sonuncu – dördüncü partiyasında Karlsen ağ fiqurlarla oynayıb. Sergey Karyakin Siciliya müdafiəsinin kəskin variantını seçib və hücum oyununu təşkil etmək istəyib, lakin Karlsen onun bütün cəhdlərini qətiyyətlə dəf edib və oyunun 20-ci gedişndə üstünlük qazanaraq bu partiyanı qələbə ilə başa vurub. Beləliklə, tay-brek 3:1 hesabı ilə nəticələnib və Karlsen dünya çempionu titulunu qoruyub.

Bir daha qeyd edək ki, norveçli Maqnus Karlsen tay-brekdə rusiya qrossmeysteri Sergey Karyakini məğlub etməklə şahmat üzrə dünya çempionu adını qoruyub saxlayıb.

Noyabrın 11-dən 29-dək onların arasında keçirilmiş 12 partiya heç-heçə (6:6) nəticələnib. Qalib müəyyənləşmədiyindən reqlamentə görə güclünün adına tay-brekdə aydınlıq gətirilib. Dörd oyundan ibarət tay-brek matçlarında Karlsen qalib gəlib: 3:1.