Maqnus Karlsen qalib oldu

0
425

Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub. ShamkirChess 2018 superturnirinin mətbuat xidməti xəbər verir ki, Şəmkirdə təşkil olunan yarışın sonuncu – IX turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb. Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen həmkarları üçün əlçatmaz olub. Bununla da dünya çempionu üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi adını qazanıb.

Qeyd edək ki, dünya çempionu 2014 və 2015-ci illərdə də ShamkirChess 2018 superturnirində çempionluq sevinci yaşayıb.

Millimizin üzvləri Şəhriyar Məmmədyarov 4.5 xalla 4-cü, onunla eyni xalı toplayan Teymur Rəcəbov 7-ci, 4 xalı olan Rauf Məmmədov isə 9-cu olub.

“Shamkir Chess 2018”

IX tur

 

28 aprel

David Navara (Çexiya, 2745) – Teymur Rəcəbov (Azərbaycan, 2748) – 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) – Dinq Liren (Çin, 2778) – 0,5:0,5

Radoslav Voytaşek (Polşa, 2744) – Aniş Giri (Hollandiya, 2777) – 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2778) – Veselin Topalov (Bolqarıstan, 2749) – 1:0

 

Turnir cədvəli: Karlsen – 6 xal; Liren – 5.5; Karyakin – 5; Məmmədyarov, Voytaşek, Giri, Rəcəbov – 4.5; Topalov, Məmmədov – 4; Navara – 2,5.