“Manqurt” təqdim olunub 

0
349

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində
“Manqurt” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının
motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar
Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu
İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban
Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali
Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir.