“Manatın devalvasiyaya uğramasını hamı hiss etməkdədir”

378

“Hər hansı ölkənin milli valyutasının dollara münasibətdə ucuzlaşması iqtisadi baxımdan yaxşı heç nə vəd etmir”. Bu sözləri “Yeniavaz.com”a verdiyi açıqlamada iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirdi. İqtisadçının sözlərinə görə, milli valyutaların devalvasiyası o vaxt gəlirli ola bilər ki, ölkədən xaricə daha çox məhsul göndərilsin və ticari sahədə xaricdən asılı olunmsın: “Azərbaycan kimi xaricdən daha çox mal gətirən ölkələr üçün milli valyutanın ucuzlaşması faktiki olaraq iqtisadiyyatın inkişafına öz mənfi təsirini göstərir. Bu gün manatın devalvasiyaya uğramasının özü ilə gətirdiy ağır fəsadları hamı öz üzərində hiss etməkdədir. Devalvasiya qiymətlərin durmadan qalxmasına, iş yerlərinin bağlanmasına gətirib çıxarıb. Bu isə öz növbəsində dövlət büdcəsinə daxil olan gəlirlərin azalmasına yol açıb. Yəni faktiki olaraq manatın devalvasiyanın davam etməsi iqtisadi inkişaf yolunda ciddi əngələ çevrilib. Belə bir vəziyyət isə iqtisadi inkişaf baxımından yaxşı heç nə vəd etmir. Çünki adatən milli valyutaları dollar qarşısında sabit olan ölkələrdə iqtisadi inkişaf tempi daha sürətlə gedir. Belə hesab edirəm ki, vəziyyətdən yeganə çıxış yolu manatın devalvasiyasını sürətləndirən amillərin qarşısının alınmasındadır. Əks halda iqtisadi inkişaf tempi yavaşamaqda və nəticədə büdcəyə daxilolmalar azalmaqda davam edəcək”.