Manat dollar qarşısında 47% ucuzlaşdı

0
556

Dünən Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 50 qəpik, yaxud 47,63% bahalaşaraq 1,55 manat olub. Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə Azərbaycan manatı 2015-ci il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta olub. Manatın devalvasiyasına münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar: “Azərbaycan Mərkəzi Bankı tərəfindən “üzən məzənnə” ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir “üzən” vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda haçansa insanların real “üzmək” qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir…”.

İqtisadçı Samir Əliyev isə üzən məzənnə rejimini şərh edərkən deyib ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. “Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq. Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”, – deyə ekspert vurğulayıb.

Azərbaycan manatının məzənnəsinin aşağı düşməsinin mənfi təsirinin azaldılması üçün əməkhaqlarının indeksasiyası vacibdir. Bunu isə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, məzənnənin aşağı düşməsinin sosial təsirlərinin minimallaşdırılmasına ciddi ehtiyac var: “Bu baxımdan, təbii ki, həm əməkhaqqı, həm də əmanət indeksasiyası olmalıdır. Mənfi təsirlərin aradan qaldırılmasına çalışılmalıdır”.

 

Ekspert: “Devalvasiyanın mənfi təsirinin azaldılması üçün əmək haqları artırılmalıdır”

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən, dünən ABŞ dollarının məzənnəsi 50 qəpik yaxud 47,63% bahalaşaraq 1,5500 manat olub.
 Avronun da məzənnəsi isə 0,55 manat yaxud 47,88% bahalaşaraq 1,6850 manat təşkil edib. Rusiya rublunun məzənnəsi isə 47,29% artaraq 0,0218 manata bərabər olub.  Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da, milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə, Azərbaycan manatı 2015-ci il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta olub. Bu sırada ikinci 85%-lə Qazaxıstan tengesi, 54,3%-lə Belarus rublu qərarlaşıb.

Manatın devalvasına münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar: “Təbii ki, bizdən aslıl proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyətə bu yerə getirib çıxartdı. Uzun illər yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq. Bununla belə, mən Azərbaycan Mərkəzi Bankı tərəfindən “üzən məzənnə” ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir…”.

İqtisadçı Samir Əliyev isə üzən məzənnə rejimini şərh edərkən deyib ki, FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik: “Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə, ilk növbədə, kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da. Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı”.

Ekspertin fikrincə, üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: “Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca, manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək. Manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”. Samir Əliyev hesab edir ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. “Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq. Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”, – deyə ekspert vurğulayıb.

Azərbaycan manatının məzənnəsinin aşağı düşməsinin mənfi təsirinin azaldılması üçün əmək haqlarının indeksasiyası vacibdir. Bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, məzənnənin aşağı düşməsinin sosial təsirlərinin minimallaşdırılmasına ciddi ehtiyac var: “Bu baxımdan təbii ki, həm əmək haqqı həm də əmanət indeksasiyası olmalıdır. Mənfi təsirlərin aradan qaldırılmasına çalışılmalıdır”.

Ekspert bildirib ki, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə də ehtiyac var: “Çünki dollarla götürülən kreditlərin qaytarılmasında problemlərin olacağı gözlənilir”.

İqtisadçı ekspert bildirib ki, növbəti dəfə manatın məzənnəsinin dəyişməsi birbaşa neftin qiymətindən asılı olacaq, neftin qiymətində azalmalar olarsa, manatın məzənnəsində də azalma olacaq. Onun sözlərinə görə, manatın məzənnəsinin azalması prosesi artıq ölkənin tədiyyə balansından asılı olaraq dəyişəcək.

”Məzənnə birbaşa neftin qiymətindən və Mərkəzi Bankın bazara hansı səviyyədə müdaxilə etməsindən asılı olacaq. Əgər Mərkəzi Bank bazara müdaxiləni minimallaşdırsa, məzənnədə daha çox azalmalar müşahidə edilə bilər. Amma Mərkəzi Bank bazarda qalıb kursa müəyyən qədər təsir göstərməyə çalışsa, o zaman təbii ki, bu manatın məzənnəsinin kəskin azalmasının qarşısını ala bilər. Manatın məzənnəsinin növbəti dəyişməsi birbaşa artıq Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq”, – V.Bayramov deyib.