İranın rabitə naziri informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək. “Report” diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı nazirin Azərbaycana səfəri noyabrın 27-28-nə planlaşdırılıb. Bakıya səfəri zamanı M.Vaezi Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparacaq. Ardından M.Vaezi Naxçıvan – Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək məqsədilə Muxtar Respublikaya gedəcək.
Son xəbərlər
Mingəçevirdə “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Şuşa ili əlaqədar geniş konsert proqramı təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın...