Madrid derbisinin qalibi “Real” oldu

479

UEFA Çempionlar Liqasının final matçı keçirilib. Bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulub.

Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gəlib. “San Siro”da baş tutacaq Madrid derbisi gərgin mübarizəyə səhnə olub.

Hesabı “kral klubu” açıb. 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk yarı bu hesabla bitsə də, ikinci hissədə Karrasko bərabərliyi təmin edib. BUndan sonra matçın normal vaxtında başqa qol olmayıb. Əlavə olunmuş dəqiqələrdə də “status-kvo” pozulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.

Hər iki komanda ilk 4 zərbənin dəqiq yerinə yetirib. “Atletiko”nun futbolçusu Xuanfran 5-ci zərbəni dirəyə, “Real”lı Ronaldo isə çərçivəyə nişan alıb. Bununla da bu mövsüm Avropanın ən güclüsü “Real” olub.

Çempionlar Liqası
Final
28 may

“Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya) – 1:1 (5:4 – penaltilərdə)
Qollar: Serxio Ramos, 14 – Karrasko, 79

Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu

“Real”: Navas, Pepe, Ramos (k), Kroos, Marselo, Karvaxal , Modriç, Kasemiro, Beyl, Ronaldo, Benzema
Ehtiyat oyunçular: Kasilya, Naço, Xames Rodriqes, Vaskez, Xese, İsko, Danilo

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saviç, Saul Niqes, Xuanfran
Ehtiyat oyunçular: Moya, Tiaqo, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Ximenes