Maarifləndirmə davam etdirilir

0
257

   Koronavirusla mübarizə tədbirlərinə ictimai dəstəyin təmin edilməsi məqəsdilə Prezident yanında QHT –lərə Dovlət Dəstəyi  Şurasi  bütün ölkə üzrə “İctimai monitorinq” kampaniyasına başlayıb.

 Mingəçevirdə xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı maarifləndirmə davam etdirilir. Bu gün Az.Dress qəsəbəsindəkoronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Regional QHT-lərin Resurs və Təlim mərkəzinin direktoru, ictimai monitorinq qərargahının rəhbəri Füzuli Əsədov  və şəhər polis şöbəsinin əməkdaşları genişmiqyaslı maarifləndirmə işləri aparıblar. Onlar  koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı əhalini maarifləndiriblər. Həmçinin  fəaliyyətinə icazə verilmiş ictimai-iaşə, xidmət  və ticarət obyektlərində, marşurut dayanacaqlarında reydlər keçirilib. Həyata keçirilən tədbirlər zamanı sürücüləri ilə maarifləndirmə işləri aparılıb, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib. Nazirlər Kabinetinin Operativ Qərargahının  tələb və tövsiyələrinə riayət etmələrinə, tibbi maskadan istifadənin zəruriliyini, sanitar-gigiyena qaydalarına əməl etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.


Proflaktik tədbirlər zamanı bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Qeyd edək ki, qaydaları pozanlar barəsində qanuna uyğun tədbirlər görülüb.

Esmira Hidayətova, Mingəçevir