Məsuliyyətsiz sürücülərə qarşı mübarizə gücləndirilir

526

Bu gün  Mingəçevirdə sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək, sürücülük vəsiqəsi, kateqoriyası olmayan nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. Bir saata yaxın davam edən reyddən sonra Mingəçevir şəhər DYP bölməsinin rəisi, polis polkovnik leytinantı Bəlyar Bəşirli bildirib ki, reyd nəticəsində 2 nəfər nasaz vəziyyətdə marşurut avtobusunu idarə etdiyinə görə, 1 nəfər sürücülük vəsiqəsi kateqoriyası olmadığına görə, 10 nəfər təhlükəsiz kəmərindən istifadə etmədiyinə görə tərəfimizdən saxlanılıb inzibati protokollar tərtib edilib: “Yeri gəlmişkən qeyd edim ki, ötən gün bu cür məsuliyyətsiz sürücülərin ucbatından 4 nəfər sərnişinin xəsarət alması ilə şəhərdə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə sürücülər sanki insan həyatı ilə oynayırlar. Onlara qarşı daim mübarizəni gücləndirəcəyik. Reydlərimiz davam edəcək və bu cür məsuliyyətsiz sürücülər öz cəzalarını alacaqlar”.

Məlumat üçün onu da qeyd edək ki, bölmə rəisi şəhərdə 8 saylı marşurut xətti ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib. Həmçinin sərnişindaşımada yararsız hesab edilən avtobusları xəttdən kənarlaşdırıb.

Esmira Hidayətova, Mingəçevir