Məşhurlar neçə saat yatırlar?

559

Mütəxəsisslərin fikrincə, 18 – 64 yaş arası insanlar gün ərzində 7 – 9 saat yatmalıdırlar. Ancaq, insanların bəziləri az, bəziləri isə çox yatır. Bu da sağlamlıq üçün zərərlidir. Bəs görəsən dünya liderləri, ixtiraçılar, məşhurlar neçə saat yatırlar? Bu yazımızda sizə məşhur insanların nə qədər yatdığını təqdim edirik:

İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer gün ərzində 4 saat yatır.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gün ərzində 2-4 saat yatdığını deyir.

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts müsahibələrinin birində 7 saat yatdığını söyləyib.

“Amazon”un qurucusu Ceff Bezos gün ərzində 8 saat yatır.

Lampanın ixtiraçısı Tomas Edison 4-5 saat yatırmış.

ABŞ Prezidenti Barak Hüseyn Obama gün ərzində 6 saat yatır.

Telefonun ixtiraçısı Aleksandr Qraham Bell 4-6 saat arası yatırmış.

Elektrofizika alimi Nikola Tesla günün yalnız 2 saatını yuxuda keçirirmiş.

“Yahoo”nun rəhbəri Marissa Mayer də gün ərzində 4-6 saat yatdığını deyib.

“Twitter” sosial şəbəkəsinin qurucusu Cek Dorsi gününün 4-6 saatını yuxuya sərf edir.

Amerikalı məşhur iş adamı, investor Donald Tramp 3-4 saat yatır.

“PepsiCo”nun rəhbəri İndra Nuyi gün ərzində sadəcə 4 saat yatır.