Məşhur müsəlman futbolçular: Erik (Bilal) Silven Abidal (1)

Onun adı milyonlarla futbolsevərə yaxşı tanışdır. O meydanda öz gözəl oyunu ilə hamını heyrətləndirməyi bacarıb.  Top onda olanda həmişə alqışlarla qarşılanardı. O, islam aləmində də ən yaxşı futbolöu kimi sevilir. Bu da əsassız deyil. Fransada anadan olsa da islama uşaq yaşlarından böyük rəğbət bəsləyib.  Bu məşhur futbolçu Erik (Bilal)Abidaldır. Futbol oynadığı illərdə çox böyük uğurlara imza atıb. Sol cinah müdafiəçisi mövqeyindən çıxış edən Erik (Bilal) Abidal2005-2007-ci illərdə Fransanın “Lion” komandasının tərkibində ölkə çempionu olub. O Fransa yığmasının tərkibində 2006-cı ildə keçirilən dünya çempionatının gümüş mükafatçısına layiq görülüb. 2009 və 2011-ci illərdə “Barselona”nın heyətində Çempionlar Liqasının qalibi adını qazanıb. 2009,2010,2011və 2013-cü illərdə Barselona ilə birlikdə İspaniya çempionu titulunu əldə edib. 2009-cu ildə isə yenədə “Barselona”nın heyətində İspaniya kubokunu qazanıb.

Əlcəzairli bir qadınla evlənməsindən sonra islam dini ilə daha yaxından tanış olan bu məşhur futbolçu islam dinini qəbul edərək Bilal adını götürüb.

Abidal islamı qəbul etməsini hər hansı bir kənar təsirlə deyil, lap kiçik yaşlarından müsəlmanlara olan böyük sevgisi ilə izah edib.

Əlcəzairli bir qadınla evlənməsinin İslamı seçməsində heç bir təsirinin olmadığını ifadə edən Erik Abidal uşaqlıq illərini keçirdiyi məhəllədə yaşayan müsəlmanların onda çox böyük təsir qoyduğunu açıqlayıb. Erik Abidal(Bilal) transfer olduğu İspaniyada İslamdan qalan izlərin də ona çox təsir etdiyini deyib.

Erik (Bilal) Abidal1979-cu il iyul ayının 11-də Fransanın Lion

şəhərində anadan olub.

Professional futbol karyerasına Fransanın “Monako” komandasında başlayıb. Həmin vaxt onun 21 yaşı vardı və meydanda göstərdiyi oyunu, xüsusi ilə müdafiədə keçilməz olması ilə ilk günlərdən futbol mütəxəssislərinin diqqətini özünə cəlb edən Erik (Bilal)Abidalın həmin dövrdə parlaq gələcyə malik olacağı barədə fikirlər söylənilirdi. İki il “Monako”da oynadıqdan sonra

Erik (Bilal)Abidal Fransanın  digər komandasına “Lill”-ə transfer olundu. İki il də “Lill”də oynadıqdan sonra Erik (Bilal)Abidal həmin dövrdə Fransanın güclülər dəstəsindən liderlik edən “Lion” komandasına keçdi. “Lion”un tərkibində Erik (Bilal)Abidal üç dəfə Fransa çempionu oldu.

Məzmunlu oyunu ilə mütəxəssislərin rəğbətini qazanan Erik (Bilal)Abidal 2004-cü ildə Fransa yığma komandasına çağrıldı. O Fransa yığmasının heyətində ilk oyununa 2004-cü il avqust ayının 18-də çıxdı. Bundan sonra o, Fransa yığmasının əsas oyunçularından birinə çevrildi. 2006-cı ildə keçirilən dünya çempionatında Erik (Bilal)Abidal 7 oyundan 6-da meydana çıxdı. Amma həmin dövrdə futbolçularla Fransa yığma komandasının məşqçiləri arasında qarşıdurma əmələ gəldi. Nəticədə məğqçilərlə yola getməyən və komanda yoldaşlarını itaətsizliyə çağırmaqda günahlandırılan bəzi oyunçular, o cümlədən məlhur müsəlman futbolçu Anelka cəzalandırıldı. Anelkanı ümumiyyətlə komandadan xaric etdilər. Buna cavab olaraq Fransa yığmasının oyunçuları komanda yoldaşı Anelkanın müdafiəsinə qalxaraq məşq etməkdən imtina etdilər. Fransanın yüksək səviyyəli rəsmilərinin işə qarışmasından sonra isə problemi aradan qaldırmaq mümkün oldu. Lakin Anelka bir müddət Fransa yığmasına çağrılmadı. O vaxt Erik (Bilal)Abidalı da ağır cəza gözləyirdi. Çünki komandanı məşqçilərə qarşı qaldıranlar arasında Erik (Bilal)Abidalın  da  adı çəkilirdi. Lakin bəxt onun üzünə güldü. Məşhur futbolçu cəza almadan yığma komandada saxlanıldı.

İstər “Lion”un istərsə də Fransa yığmasının heyətində müdafiə xəttində Erik (Bilal) Abidalın güclü oyun nümayiş etdirməsi həmin dövrdə “Barselona” rəhbərliyinin diqqətini cəlb etdi. 2007-ci il iyun ayının 30-da Erik (Bilal)Abidal 15 milyon avroya “Barselona”ya transfer edildi. Erik (Bilal) Abidal qısa müddətdə “Barselona”nın əsas oyunçularından birinə çevrilərək əsas heyətdə möhkəmləndi. Lakin həmin dönəmdə, daha dəqiq desək 2009-cu ildə Erik (Bilal) Abidalda donuz qripi aşkar edildi. Futbolçunu təcili şəkildə xəstəxanaya yerləşdirərək həkim nəzarəti altına aldılar. Sonra isə futbolçunun qara ciyərində şiş aşkar edildi. O yalnız iki ildən sonra 2011-ci ildə yenidən “Barselona”nın heyətində yaşıl meydana qayıda bildi. 2011-ci il may ayının 3-də Erik (Bilal) Abidal Pyuolu əvəz edərək meydana çıxdı. Həmin vaxt “ Barselona” Çempionlar Liqasının yarımfinal oyununda “Real”lla görüşürdü. Onun meydana çıxmasını isə azarkeşlər uzun-uzadı alqışlarla qarşıladılar. Erik (Bilal) Abidalın yenidən meydana qayıtması isə öz növbəsində “Barselona” üçün düşərli oldu. “Barselona”həmin il Çempionlar Liqasının qalibi oldu. 2011-ci il may ayının 28-də Erik (Bilal)Abidal Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırdı.

2007-ci ildə Erik (Bilal) Abidalın həyatında önəmli bir hadisə baş verdi. O əslən əlcəzairdən olan və Fransada yaşayan qadınla ailə həyatı qurdu. Bu evlilik onu tamam dəyişdirdi. Belə ki, əlcəzairli qadınla evlənədən az sonra Erik (Bilal)Abidal islamı qəbul etdi. O, islamı qəbul etdikdən sonra özünə Bilal adını götürdü. İslamı qəbul etmək onda yeni xarakterin formalşadırlmasına gətirib çıxardı. Erik (Bilal) Abidal  komanda yoldaşları ilə münasibətdə olduqca alicənablıq göstərməyə, onlara istənilən an yardım əli uzatmağa hazır olduğunu nümayiş etdirməyə başladı.

Yeri gəlmilkən onu da deyək ki, Erik (Bilal) Abidın ən yaxın dostu Frank Ribeir də həmin vaxt İslamı seçmişdi. O da həmçinin o da Bilal adını almışdı.

“Barselona”ya iki illişk ayrılıqdan sonra qayıdan Erik (Bilal) Abidal komandada cəmisi bir oynaya bildi. 2012-ci ildə həkimlər futbolçunun qara ciyərində bədxassəli şiş aşkar etdilər. Ona təcili şəkildə qara ciyər transplatasiya etməli oldular. Əməliyyat uğurla başa çatdı.  Həkimlərin icazə verməməsinə baxmayaraq Erik (Bilal) Abidal əməliyyatdan sonra yenidən meydana gələrək az-az məşq edir, öz əvvəlki formasını bərpa etmək istəyirdi. Onun bu fədakarlığını görən “Barselona” rəhbərliyi Erik (Bilal) Abidalı “Barselona” tarixində ən xeyirli və fədakar oyunçu elan etdi. 2013-cü il yanvar ayının 1-də Erik (Bilal) Abidal “Barselona”nın heyətində məşqlərə başladı. 2013-cü il aprel ayının 6-da isə o, “Barselona”nın heyətində “Malyorka” ilə oyunda meydana çıxdı. Ancaq xəstəlk artıq ona əvvəlki oyununu göstərmək

imkanı vermirdi. Ona görə də “Barselona”nın baş məşqçisi Tito Vilanova və köməçkiləri Erik (Bilal) Abidalla yolların ayrılması barədə qərar qəbul etdilər. Erik (Bilal) Abidal özünü meydanda bir daha sübut etmək üçün ona vaxt verilməsini istəyirdi. Lakin “ Barselona” rəhbərliyi artıq yaşı 35-ə çatan futbolçunun əvvəlki oyunu göstərə biləcəyinə inanmırdı.  Ona görə də komanda qarşısında xidmətlərinə görə, Erik (Bilal) Abidala təşəkkür elan edən “Barselona” rəhbərliyi eyni zamanda xəstəliyi səbəbindən gələcəkdə hər hansı problem yaşayacağı təqdirdə ona maddi yardım göstərəcəklərini vəd edərək futbolçu ilə yollarını ayırmaq məsələsində geri addım atmayacaqlarını nümayiş etdirdilər. Ona azad agent statusunda istənilən komandada oynaya bilməsi tövsiyə edildi. Amma o, özünü hələ  bir müddət də “ Barselona”da çıxış etməyə qadir hesab edirdi.

Xəstəliyi səbəbindən “Barselona”dan ayrılmağa məcbur olan Abidal  yenidən ilk dəfə çıxış etdiyi doğma oçağa Monako”ya  qayıtmağa məcbur oldu. 2013-cü il iyul ayının 20-də Erik ( Bilal) Abidalla “Monako” arasında futbolçunun bir il ərzində komandada oynaması barədə anlaşma imzalandı. Erik ( Bilal) Abidal komandanın kapitanı təyin edildi. Bir il ərzində “ Monako” da oynayan Erik ( Bilal) Abidal yenidən özünü yaxşı futbolçu kimi göstərməyə, meydanda gənclik həvəsi ilə çıxış etməyə çalışdı və əksər oyunlarda hələ bir müddət də yüksək səviyyəli futbol oynamağa qadir olduğunu göstərdi. Onun yüksək səviyyədə oyun nümayiş etdirdiini görən Yunanıstanın “Olimpiakos” komandası “Monako”dan transfer etdi. 5 iyul 2014-cü ildən başlayaraq Erik ( Bilal) Abidal “Olimpiakos”da çıxış etməyə başladı. Erik ( Bilal) Abidal “ Olimpiakos”da yaxşı oyun nümayiş etdirməyə başladı. Lakin xəstəliyin təzahürü ara- sıra özünü göstərərək bəzi oyunlarda Erik ( Bilal) Abidala “Olimpiakos”da yüksək səviyyədə sabit oyun göstərməyə imkan vermirdi. Ona görə də 2014-cü ilin dekabr ayınuın 19-da Erik ( Bilal) Abidal “Olimpiakos”dan ayrıldı və futbol katryerasını başa vurduğunu elan etdi.

Bununla bağlı keçirilən mətbuat konfransında Erik ( Bilal) Abidal: “Meydandan başıuca getmək və özüm haqqında olan məşhur futbolçu imicimi qoruyub saxlamaq üçün futbol karyeramı başa vururam. Mənə böyük futbola gəlməkdə yardım edən, xəstələndiyim zaman qayğımı çəkən bütün insanlara, oynadığım komandaların məşqçilərinə, komanda yoldaşlarıma səmimi şəkildə təşəkkür edirəm. Onlarla ömrümün sonuna kimi unuda bilməyəcəyim şirin anlar yaşadım, onları hər zaman məhbbətlə xatırlayacağam”,-dedi.

Öz növbəsində Erik ( Bilal) Abidalla birgə “Barselona”da oynayan Dani Alves: “Onun (Erik ( Bilal) Abidal) hamımızdan böyük irəyi var. O meydanda da, meydandan kənarda da hamının ən səmimi yaxıın dostu idi”,-deyə futbolçuya olan sevgi və məhəbbətini dilə gətirmişdi. Münhenin “Bavariya” klubunun baş məşqçisi, vaxtı ilə Erik ( Bilal) Abidalın da “Barselona”da məşqçisi olan Pep Gvardiola isə keçmiş oyunçusunu haqqın və ədalətin nümayəndəsi adlandıraraq ona sonrakı həyatında uğurlar arzulayıb.

Əziz Mustafa