Məşəl Bakıya gətirilib

0
546

I Avropa Oyunlarının məşəli Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Məşəl Neft Daşlarından Bakıya katerlə gətirilib.

Dövlət başçısı məşəllə addımlayarkən, Dənizkənarı Milli Parka toplaşanlar onu “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan prezidenti I Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli aprelin 26-da “Atəşgah”da alovlandırılıb. Azərbaycanın 60 rayonunu dolaşdırılan məşəl bu gün Bakıya gətirilib.

Məşəl iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilən Bakı Olimpiya Stadionuna gətiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here