Məqsədi gender bərabərliyinin təşviq olunmasıdır

0
674

Mingəçevirdə Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə “Azərbaycanda gender bərabərliyi və media azadlığı”mövzusunda təlim keçirilib. Əvvəlcə layihə barədə məlumat verən AŞ Bakı ofisinin  əməkdaşı və layihənin rəhbəri Pərvanə Bayramova bildirib ki, layihənin əsas məqsədi media vasitəsi ilə gender bərabərliyinin təşviq olunmasından ibarətdir.

 

Daha sonra “Gender bərabərliyi  və media azadlığı: Avropa Şurası standartları və Azərbaycan təcrübəsi”ndən müstəqil ekspert Ələsgər Məmmədli, “Gender bərabərliyi və media azadlğı: Azərbaycan təcrübəsi və digər qabaqcıl təcrübələr” dən Aydın Səfixanl (Ombudsman aparatı), ”Jurnalist etikası və gender mövzusunun işıqlandırılması”ndan  Sevinc xanım Əliyeva (BDU, jurnalistika fakultəsi), Müşfiq Ələsgərli(Mətbuat Şurası), ”Sosial media və gender bərabərliyinin işqlandırılması”ndan Şəfəq xanım Mehrəliyeva (müstəqil ekspert) geniş söz açıblar.

Həmçinin ekspertlər onu da nəzərə çatdırıblar ki,  Azərbaycanda gender bərabərliyi və medianın vəziyyətinin daha da təkmilləşdirilməsinə ehtiyac var.

Qeyd edək ki, layihənin milli tərəfdaşları Ailə, Qadın və Uşaq prpblemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Mətbuat Şurası, Jurnalist Həmkarlar İttifaqı, digər media təşkilatları və ali məktəblərin jurnalistika fakültələridir.

Təlim  maraqlı müzakirələrlə davam edib.

Esmira Hidayətova,Mingəçevir.