Mənzil qiymətləri pilot layihələr ilə düşür

1548

“marja” xəbər verir ki, Bakıda qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində daha hündür və müasir yaşayış binalarının tikilməsi (pilot layihələr) qiymətləri daha da aşağı salır.

 

Ən çox pilot layihələr Nərimanov rayonu ərazisindədir. Bu layihələr sayəsində Nərimanov rayonu ərazisində 1 m² üçün qiymətlər təxminən 2000 manat civarından 1200 manata düşmüşdü (təmirsiz mənzil üçün).

 

Bir müddət əvvəl pilot layihələrdən “Nerimanoff Palace” kompleksində qiymət açıqlamışdı.

 

“Nerimanoff Palace” yaşayış kompleksinin tikintisinə Əliyar Əliyev küçəsi 52 A ünvanında başlanılıb. Pilot layihələrdən biri olan “Nerimanoff Palace”da mənzilin 1 kvadrat metri 1200 manata təklif olunur. Cəmi bir il bundan əvvəl, bu qiymətə, Bakının Bakıxanov qəsəbəsi, Neftçilər, Qara Qarayev metro stansiyası yaxınlığında tikilən binalardan mənzil almaq olardı. Bu gün həmin ərazilərdə qiymətlər 1000 manatdan da aşağı düşüb.

 

Bu gün məlum oldu ki, “Grand Narimanoff” adlı yaşayış kompleksində qiymət daha aşağıdır – 1 m² – üçün 950 manat.

 

“Mənzillərin kvadrat metri “Yay Kampaniyası” çərçivəsində Nəğd ödənişlə 950 AZN təşkil edir. Mənzillərimiz ilkin ödəniş 30 % qalıq məbləğ faizsiz hissə hissə ödənişlə 30 ay müddətinə kredit şərtiylədə təklif olunur.Bina ilkin təməl mərhələsindədir 24 aya tam təhvil (qaz,su, işıq və kupça) veriləcək”,- yaşayış kompleksini tikən şirkətin məlumatında deyilir.

 

Tikintisinə yeni başlanmış “Grand Narimanoff” Əbdüləzəl Dəmirçizadə küçəsində Ankara litseyi ilə üzbəüz  Su sonası şadlıq sarayının yaxınlığında yerləşir.