Mənzil almaq istəyənlərin tələsməsi, satanların isə gözləməsi lazımdır

0
526
Ötən ilin ikinci yarısından etibarən mənzil bazarında müşahidə olunan davamlı qiymət artımı 2014-cü ilin iyun ayından etibarən aşağı düşməyə başlayıb. 
Ucuzlaşma iyul ayşnda da davam edib. “MBA Consulting Group”un Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarında apardığı son tədqiqatların nəticəsinə görə iyun ayı ərzində bazarda satışa təklif olunan 1-5 otaqlı yaşayış mənzillərinin orta qiyməti 1,28%, ötən ay ərzində isə 0,43%  azalıb. Ekspertlər bildirirlər ki, əmlak bazarında qiymətin 0,43% azalması qeyri-mövsümi aylara uyğun olaraq gözlənilən idi. Ümumilikdə son dövrdə təkrar yaşayış mənzillərin qiymətlərinn pik töqtəyə çatdığından, bazarda artıq durğunluq müşahidə edilməkdədir. Bazarın aktivliyində və bazardakı alqı-satqı əqdlərinin sayında azalmalar davam edir. Ümumilikdə iyul ayında Bakı şəhəri üzrə təkrar yaşayış mənzili bazarında qeyd edilən alqı-satqı əqdlərinin sayı da 0,42% azalıb. Digər tərəfdən isə alıcıların böyük əksəriyyəti qiymətlərin növbəti yaxın aylarda düşəcəyini ehtimal edərək gözləməyə üstünlük verirlər. Alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində iyul ayında qiymətlərin nisbətən azalmasına gətirib çıxardıb. Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir. Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən “alman”, “fransız” və “kiyev” layihəli binalarda müşahidə olunmuşdur. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə  davam edib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşmüşdür. 3, 4 və 5 otaqlı mənzillərin təklif sayında azalma,  1 və 2 otaqlı mənzillərin təklif sayında isə artma müşahidə olunmuşdur. Nəticə olaraq isə az otaqlı mənzillərin payı bazarda artmışdır. “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə mətbuata verdiyi açıqlamada bildirib ki, bu ilin sonuna kimi Bakının daşınmaz əmlak bazarında qiymətlər 6%, mənzil bazarında isə 15-16% artacaq. Onun sözlərinə görə, cari ilin əvvəlindən paytaxtda daşınmaz əmlakın qiymətləri 4,12%, mənzillərin qiymətləri isə 15% artıb. N.İbrahimov qeyd edib ki, ötən illə müqayisədə qiymətlər xeyli artıb, bununla əlaqədar alıcılar, demək olar, bazarı tərk ediblər: “Buna görə də bazarın fəallığı çox aşağı düşüb ki, bu da öz növbəsində mənzilin qiymətlərinin azalmasına səbəb olub. Nəticədə iyul ayında daşınmaz əmlak bazarında qiymətlər 2,06% azalıb”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here