Mənsum İbrahimov: Xoşbəxtik ki, bizim belə Liderimiz var

0
52

Bu gün 30 il həsrətini çəkdiyimiz Qarabağ torpağını bizə qaytaran, tarix yazan sərkərdinin, Ali Baş Komandanın doğum günüdür. O, bizim qürurverici liderimizdir.

Bunu Azvision.az -a Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov deyib.

Xalq artisti bildirib ki, Qarabağın azad edilməsi İlham Əliyevin rəhbərliyi ilə uzun illər aparılan və ordu quruculuğunun, iqtisadiyyatın, daxili və xarici siyasətin gücləndirilməsi, eyni zamanda Ulu Öndərin qoyduğu uğurlu yolun davam etdirilməsi nəticəsində mümkün oldu.

“Nəticədə cənab Prezident 27 sentyabrda əmr verdi və 44 gün ərzində onun rəhbərliyi ilə müzəffər Ordumuz Qarabağda dastan yazdı. Təbii ki, igid şəhidlərimizin ruhu qarşısında baş əyirik. 200 ildən çoxdur ki, torpaq alan sərkərdəmiz olmamışdı”.

M.İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyev XXI əsrin “Qarabağnamə”sini yazan müzəffər sərkərdə kimi tarixə düşüb.

“Allah onu qorusun. Xoşbəxtik ki, bizim belə liderimiz var. Onu doğum günü münasibəti ilə təbrik edirik. Allah ona övladları, nəvələri ilə birlikdə cansağlığı versin. Prezidentimizin ətrafında hər birimiz əsgər kimi birləşdik və qələbə qazandıq. Ali Baş Komandanı ürəkdən təbrik edir, cansağlığı arzulayıram”.

M.İbrahimov ölkə başçısının ənənəyə sadiq qalaraq doğum gününü Qarabağda qeyd etdiyini xatırladıb.

“Prezident doğum gününü yenə Qarabağda qeyd etdi. Dünən düşməndən azad olunmuş torpaqlarda əsgərlərlə birlikdə oldu. Bu, onun böyüklüyüdür. Ağdamda məscidə ayaqqabısını çıxarıb, Mehriban xanımla birgə daxil olmağı ilə dünyaya mesaj verdi. O, öz dininə, mənəviyyatına hörmət edən böyük liderdir, böyük şəxsiyyətdir. Hər sözü ilə bir nümunədir, necəki dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” ifadəsi ilə. Mən deyərdim ki, İlham Əliyev Azərbaycandır!”